“COVID-19 ilə mübarizədə birlikdə güclüyük” mövzusunda onlayn görüş-vebinar keçiriləcək
25.11.2020 14:22
Azərbaycan Tibb Universiteti və universitetin Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə “COVID-19 ilə mübarizədə birlikdə güclüyük” adlı onlayn görüş-vebinar baş tutacaq.
 
Vebinar 27 noyabr, saat 16:00-da "Zoom" proqramı üzərindən keçiriləcək.
 
Onlayn görüşdə ATU-nun Şüa diaqnostikası və terapiyası kafedrasının müdiri, dosent Məlahət Sultanova, Tibbi mikrobiologiya və immunologiya kafedrasının professoru Nigar Ağayeva və Yoluxucu xəstəliklər kafedrasının dosenti Könül Cəfərova pandemiyanın davam etdiyi müddət ərzində qarşılaşdıqları çətinliklər, koronavirus xəstələrinin ən çox rast gəlinən simptomları, gənc insanlarda simptomsuz keçən xəstəlik, şüa diaqnostikası baxımından rast gəlinən hallar və profilaktika vasitələri haqqında vebinar iştirakçılarına məlumat verəcəklər.
 
Vebinarda iştirak etmək üçün qeydiyyatdan keçmək vacibdir.
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib