İcbari tibbi sığorta ilə uşaqların sağlamlığının qorunmasına yönələn xidmətlər göstərilir
07.10.2026 12:11

İcbari tibbi sığortanın ilkin səhiyyə xidmətlərinin mühüm istiqamətlərindən biri də uşaqların sağlamlığının qorunması və xəstəliklərin profilaktikasıdır. Təsdiq edilmiş müayinə cədvəlinə əsasən uşaqların icbari dispanserizasiyası aparılır, ehtiyac yarandıqda müvafiq həkim-mütəxəssisə əlavə müayinə və müalicə üçün göndəriş verilir, Milli Peyvənd Təqviminə uyğun immunizasiya tədbirləri həyata keçirilir.

 

Aztibb.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, uşaq və yeniyetmələrin sağlam qidalanması, yenidoğulmuşlara qulluq və ana südü ilə qidalanma ilə bağlı məsləhətlər verilir, əhali arasında sağlam həyat tərzinin təşviqinə yönəlmiş sanitar maarifləndirmə işi aparılır.

 

Bununla yanaşı, uşaqların ağızboşluğu sağlamlığının mütəmadi müayinəsi, ağızboşluğuna qulluq və sanitar-gigiyenik vərdişlərin öyrədilməsi həyata keçirilir.

 

Zəruri hallarda qan, sidik və digər müayinələr üçün nümunələr götürülərək laborator müayinələrə yönləndirilir.

 

Uşaqların sağlamlığının qorunması üçün sağlam həyat tərzi və düzgün qidalanma vərdişlərinin erkən yaşlardan formalaşdırılması ilə yanaşı, profilaktik tibbi müayinələrin vaxtında aparılması mühüm əhəmiyyət daşıyır.

 

İcbari tibbi sığorta çərçivəsində göstərilən ilkin səhiyyə xidmətləri bu istiqamətdə mühüm dəstəkdir.

ÇOX OXUNANLAR
 LOR cərrah Səma Səfərova Xətai Tibb Mərkəzində fəaliyyətə başlayıb   
İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyi arasında Memorandum imzalanıb
Sabunçu Tibb Mərkəzində uzunillik fəaliyyət göstərən həkimlər təqaüdə yola salınıb
Kardioloq:
Bəxtiyar İsmayılov səhiyyə nazirinin müavini təyin edilib
Əlilliyi olan uşaqların cəmiyyətə inteqrasiyası və 'CHED' mobil tətbiqinin təqdimatına dair tədbir keçirilib
2 nömrəli Şəhər Xəstəxanasının əməkdaşları qaziləri evlərində ziyarət ediblər
 Uşaq evlərinin sakinləri üçün tibbi müayinələr təşkil olunub   
 ATU rezidenti Belqradda SLEuro-nun beynəlxalq seminarda iştirak edib   
Ağciyərin sağlamlığını qorumağın ən mühüm yollarından biri tütün məhsullarından uzaq durmaqdır
 Yeni Klinikada ABADD rəhbərliyi ilə canlı tibbi konsilium keçirilib   
Nizami Tibb Mərkəzində fəaliyyət göstərən könüllülərlə görüş keçirilib
 “Ürəyinin ritmini tut!” devizi altında elmi-praktiki seminar keçirilib
 Tovuzun ucqar dağ kəndi Kirəndə səyyar tibbi müayinə keçirilib