ATU rezidenti Vyanada EADV-nin 35-ci illik konqresində iştirak edib
04.10.2026 10:58

Azərbaycan Tibb Universitetinin (ATU) I kurs dermatovenerologiya ixtisası üzrə həkim-rezidenti Murad Məmmədov Avstriyanın paytaxtı Vyanada keçirilən Avropa Dermatologiya və Venerologiya Akademiyasının (EADV) 35-ci illik konqresində iştirak edib. 

 

ATU-dan Aztibb.az-a bildirilib ki, dünyanın müxtəlif ölkələrindən 17 mindən çox nümayəndəni bir araya gətirən beynəlxalq tədbir allerqologiya, dermatologiya və cinsi sağlamlıq sahələrində ən son elmi nailiyyətlərin, müasir diaqnostika imkanlarının və innovativ müalicə üsullarının müzakirə edildiyi mühüm elmi platformalardan biridir. 

 

ATU rezidentinin belə nüfuzlu beynəlxalq elmi tədbirdə iştirakı onun peşəkar bilik və təcrübəsinin artırılması, eləcə də müasir dermatologiyanın son nailiyyətləri ilə tanış olması baxımından xüsusi əhəmiyyətə malikdir. 

Konqresin elmi proqramında dermatologiyada süni intellektin diaqnostikada tətbiqi, iqlim dəyişikliyinin dəri sağlamlığına təsiri, eləcə də dəri xəstəliklərinin müalicəsində son klinik yeniliklər əsas mövzular sırasında yer alır. 

ÇOX OXUNANLAR
 LOR cərrah Səma Səfərova Xətai Tibb Mərkəzində fəaliyyətə başlayıb   
İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyi arasında Memorandum imzalanıb
Bəxtiyar İsmayılov səhiyyə nazirinin müavini təyin edilib
Ağciyərin sağlamlığını qorumağın ən mühüm yollarından biri tütün məhsullarından uzaq durmaqdır
 Uşaq evlərinin sakinləri üçün tibbi müayinələr təşkil olunub   
 Yeni Klinikada ABADD rəhbərliyi ilə canlı tibbi konsilium keçirilib   
 ATU rezidenti Belqradda SLEuro-nun beynəlxalq seminarda iştirak edib   
Nizami Tibb Mərkəzində fəaliyyət göstərən könüllülərlə görüş keçirilib
 “Ürəyinin ritmini tut!” devizi altında elmi-praktiki seminar keçirilib
 Qəbələ RMX-da maarifləndirici təlim: “Yenidoğulmuşlarda reanimasiya tədbirləri”    
 Tovuzun ucqar dağ kəndi Kirəndə səyyar tibbi müayinə keçirilib
Ağdaşın Birinci Aral və İkinci Aral kəndlərində tibbi aksiya: 54 nəfər müayinə olunub
Oromandibulyar distoniya nədir?
Diabet və böyrəklər: səssiz təhlükə