“Neyroradiologiyada süni intellekt – Görüntüdən zəkaya” adlı elmi seminar keçiriləcək
04.10.2026 13:19

Azərbaycan Tibb Universitetinin (ATU) həmtəşkilatçılığı ilə “Neyroradiologiyada süni intellekt – Görüntüdən zəkaya” adlı elmi seminar keçiriləcək. 

 

Universitetdən Aztibb.az-a bildirilib ki, ATU, Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Tibb Baş İdarəsi və Başkent Universitetinin birgə təşkilatçılığı ilə keçiriləcək tədbir 17 oktyabr 2026-cı il tarixində, saat 10:00–16:00 arasında DTX Hərbi Tibb Baş İdarəsinin Hospitalında baş tutacaq. 

 

Seminarın proqramında süni intellektin neyroradiologiya və ümumilikdə tibbdə tətbiq imkanları, müasir görüntüləmə üsulları və məlumat analitikası ətrafında maraqlı və aktual mövzular müzakirə olunacaq.

 

Tədbirdə  beyin şişlərinin görüntülənməsi üsulları, radiologiyada süni intellektin ən çox müzakirə olunan suallarından biri -“ Süni intellekt radioloqu əvəz edəcəkmi?”- mövzularına toxunulacaq və süni intellektin yaratdığı imkanlar, üstünlüklər və mövcud məhdudiyyətlər nəzərdən keçiriləcək. Bundan əlavə, müxtəlif neyrogen patologiyalarının radioloji qiymətləndirilməsində süni intellektin rolu, həmçinin solid orqan transplantasiyasından sonra mərkəzi sinir sistemi fəsadlarının görüntülənməsi müzakirə ediləcək. 

 

Proqramda ATU-nun yeni yaradılmış Data analitika və Süni intellekt laboratoriyasında bu istiqamətdə aparılmış tədqiqatlar da yer alacaq. 

 

Tədbirin əsas məqsədi süni intellektin neyroradiologiyada diaqnostik proseslərə təsirini, yaratdığı yeni imkanları və insan–süni intellekt əməkdaşlığının gələcək perspektivlərini elmi-praktik müstəvidə nəzərdən keçirməkdir. 
 

ÇOX OXUNANLAR
 LOR cərrah Səma Səfərova Xətai Tibb Mərkəzində fəaliyyətə başlayıb   
İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyi arasında Memorandum imzalanıb
Bəxtiyar İsmayılov səhiyyə nazirinin müavini təyin edilib
Ağciyərin sağlamlığını qorumağın ən mühüm yollarından biri tütün məhsullarından uzaq durmaqdır
 Uşaq evlərinin sakinləri üçün tibbi müayinələr təşkil olunub   
 Yeni Klinikada ABADD rəhbərliyi ilə canlı tibbi konsilium keçirilib   
 ATU rezidenti Belqradda SLEuro-nun beynəlxalq seminarda iştirak edib   
Nizami Tibb Mərkəzində fəaliyyət göstərən könüllülərlə görüş keçirilib
 “Ürəyinin ritmini tut!” devizi altında elmi-praktiki seminar keçirilib
 Qəbələ RMX-da maarifləndirici təlim: “Yenidoğulmuşlarda reanimasiya tədbirləri”    
 Tovuzun ucqar dağ kəndi Kirəndə səyyar tibbi müayinə keçirilib
Ağdaşın Birinci Aral və İkinci Aral kəndlərində tibbi aksiya: 54 nəfər müayinə olunub
Oromandibulyar distoniya nədir?
Diabet və böyrəklər: səssiz təhlükə