Oturanda yaranan anal ağrı hansı hallardan xəbər verə bilər?
02.10.2026 11:40

 

Oturanda anal nahiyədə yaranan, ayağa qalxdıqda isə azalan ağrı müxtəlif proktoloji problemlərlə əlaqəli ola bilər.

 

Aztibb.az xəbər verir ki, cərrah-proktoloq, endoskopist Anar Əliyev bildirdiyinə görə, belə ağrını yalnız uzun müddət oturmaqdan yaranan narahatlıq kimi qiymətləndirmək doğru olmaya bilər.

 

Mütəxəssis qeyd edib ki, anal nahiyədə və ya anus ətrafında yaranan ağrı hemoroid, anal çat, perianal iltihab və ya abses, koksiks nahiyəsində problemlər, eləcə də digər proktoloji səbəblərlə əlaqəli ola bilər.

 

Anar Əliyev bildirib ki, ağrının nə vaxt başladığı, nə qədər davam etdiyi, defekasiya ilə əlaqəsi, oturmaqla artıb-artmaması, həmçinin qanama, şişlik və ya ifrazatın olub-olmaması diaqnostika baxımından əhəmiyyətlidir.

 

Xüsusilə ağrı getdikcə artırsa, anal nahiyədə şişlik, qızartı, temperatur və ya irinli ifrazat yaranırsa, müayinənin gecikdirilməməsi tövsiyə olunur.

 

Mütəxəssis vurğulayır ki, anal nahiyədə təkrarlanan ağrı normal qəbul edilməməli və onun səbəbi müəyyənləşdirilməlidir.

 

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyi arasında Memorandum imzalanıb
Ağciyərin sağlamlığını qorumağın ən mühüm yollarından biri tütün məhsullarından uzaq durmaqdır
“Həkimlərimizi tanıyaq!” rubrikası təqdim edir: Telman Cəfərov
Cell Reports: Eyni məşqlər cinsə görə qaraciyərində fərqli metabolik dəyişikliklər yaradır
Uşağın tez-tez xəstələnməsi normaldırmı, yoxsa zəif immunitetin göstəricisidir?
Quba Rayon Mərkəzi Xəstəxanasında növbəti uğurlu endoprotezləşmə əməliyyatı icra olunub
 Xaçmaz RMX-da “Hamilə və yenidoğulanlarda təcili hallar zamanı tibbi yardım” mövzusunda maarifləndirmə tədbiri keçirilib   
ADHTİ-də kurslarda iştirak edən müdavimlər Əziz Əliyev Muzeyini ziyarət ediblər
 Regionlarda fəaliyyət göstərən səhiyyə işçilərini tanıtmaqda davam edirik!
 Mərkəzi Gömrük Hospitalının damar cərrahı Səbuhi Dadaşov ESVS 40-cı İllik Görüşündə iştirak edib   
İSİM-in fəaliyyətinin 20 illiyinə həsr olunmuş tədbir keçirilib
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalının əməkdaşı təşəkkürnamə ilə təltif olunub   
Müasir cərrahiyyənin imkanları peşəkar komanda ilə Yeni Klinikada bir araya gəlir  
Yuxu keyfiyyətini yaxşılaşdırmaq üçün 5 vacib vərdiş