ATU-nun 1-ci Müalicə-profilaktika fakültəsi Tələbə Elmi Cəmiyyətinin sədri vəzifəsinə qəbul elan edir
30.09.2026 14:06

Azərbaycan Tibb Universitetinin 1-ci Müalicə-profilaktika fakültəsi (MPF-1) Tələbə Elmi Cəmiyyətinin (TEC) sədri vəzifəsinə namizədlərin qəbulunu elan edir.

 

Bu barədə Aztibb.az-a ATU-dan məlumat verilib.
 

Namizədə dair tələblər:

- MPF-1-in II–V kurs tələbəsi olmalıdır;

- orta müvəffəqiyyət göstəricisi 90 baldan aşağı olmamalıdır;

- ən azı 1 elmi işi (məqalə, tezis və s.) olmalıdır;

- elmi və təşkilati fəaliyyətlərdə fəal olmalıdır;

- liderlik, təşkilatçılıq və komanda ilə işləmək bacarığına malik olmalıdır;

- Azərbaycan dilini sərbəst bilməlidir;

- ingilis, rus və digər xarici dilləri bilməsi üstünlükdür.

Yerli və əcnəbi tələbələr bərabər şərtlərlə namizəd ola bilərlər.

 

Müraciət üçün:

CV, elmi fəaliyyət haqqında qısa məlumat və TEC-in inkişafına dair qısa fəaliyyət planı təqdim edilməlidir.

 

Son müraciət tarixi: 1 oktyabr 2026

E-mail: 1mpf@amu.edu.az

 

Tələblərə uyğun namizədlər öz proqramlarını təqdim etdikdən sonra tələbə səsverməsində iştirak edəcəklər.

 

Namizədlik anketi

ÇOX OXUNANLAR
 LOR cərrah Səma Səfərova Xətai Tibb Mərkəzində fəaliyyətə başlayıb   
İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyi arasında Memorandum imzalanıb
Bəxtiyar İsmayılov səhiyyə nazirinin müavini təyin edilib
Ağciyərin sağlamlığını qorumağın ən mühüm yollarından biri tütün məhsullarından uzaq durmaqdır
 Yeni Klinikada ABADD rəhbərliyi ilə canlı tibbi konsilium keçirilib   
 ATU rezidenti Belqradda SLEuro-nun beynəlxalq seminarda iştirak edib   
 Uşaq evlərinin sakinləri üçün tibbi müayinələr təşkil olunub   
 “Ürəyinin ritmini tut!” devizi altında elmi-praktiki seminar keçirilib
 Qəbələ RMX-da maarifləndirici təlim: “Yenidoğulmuşlarda reanimasiya tədbirləri”    
 Tovuzun ucqar dağ kəndi Kirəndə səyyar tibbi müayinə keçirilib
Ağdaşın Birinci Aral və İkinci Aral kəndlərində tibbi aksiya: 54 nəfər müayinə olunub
Oromandibulyar distoniya nədir?
Diabet və böyrəklər: səssiz təhlükə
Uşağın tez-tez xəstələnməsi normaldırmı, yoxsa zəif immunitetin göstəricisidir?