“Şəhərsalmanın ekoloji, bioloji və tibbi aspektləri: dayanıqlı və sağlam urban mühit” mövzusunda beynəlxalq elmi simpozium keçiriləcək  
24.09.2026 15:52

Molekulyar Biologiya İnstitutu PHŞ və AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin birgə təşkilatçılığı ilə “Şəhərsalmanın ekoloji, bioloji və tibbi aspektləri: dayanıqlı və sağlam urban mühit” mövzusunda beynəlxalq elmi simpozium 15-16 oktyabr 2026-cı il tarixlərində keçiriləcəkdir.

 

Bu barədə Aztibb.az-a AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsindən xəbər verilib.

 

Bildirilib ki, tezisləri ingilis və ya Azərbaycan dillərində aşağıdakı qaydalara uyğun şəkildə hazırlayıb 5 oktyabr 2026-cı il tarixinə qədər timbb@imbb.science.az elektron ünvanına göndərmək lazımdır.

 

Konfransın mövzuları:

  1. Şəhər mühiti və insan sağlamlığı: molekulyar-genetik və sistemli yanaşmalar
  2. Şəhər mühitində ekoloji risklər: fraqmentasiya, çirklənmə və səs-küy amilləri
  3. Şəhər biomüxtəlifliyi və ekosistem davamlılığı
  4. Yaşıl infrastruktur və bioadaptiv memarlıq
  5. Sağlam və dayanıqlı şəhər modelləri
  6. Urban stres və psixi sağlamlıq problemləri
  7. Şəhər mühitinə xas yoluxucu və qeyri-yoluxucu xəstəliklər, profilaktik urban yanaşmalar
  8. Ekoloji təhlükəsiz şəhərlər üçün innovativ və normativ-hüquqi həllər

 

DİQQƏT: Tezislər orijinal tədqiqatları əks etdirməlidir! Hər bir tezis plagiat və Sİ-yə görə yoxlanılacaqdır.

 

MƏRUZƏ TEZİSLƏRİNİN TƏRTİB OLUNMA QAYDALARI

Tezisin adından yuxarıda sağdan aid olduğu seksiyanın nömrəsi göstərilir və sonra bir sətir buraxılır.

Tezisin mətni:

Tezislər Microsoft Word A4 formatında, Arial 12 pt şrifti ilə (sahələr: hər tərəfdən 2 sm qoyulmaqla), sətirlərarası 1,15 olmaqla, ən çoxu 3 səhifə həcmində olmalıdır.

Abzaslar arasında məsafə qoyulmur, mətn hər iki tərəfdən düzləndirilir.

Tezisin adı ortadan böyük hərflərlə BOLD (qara) şriftlə, bir sətir buraxıldıqdan sonra növbəti sətirdə ortadan BOLD şriftlə müəlliflərin ad və soyadları (baş hərfləri böyük; ad açıq yazılır), bir sətir buraxıldıqdan sonra ortadan kursivlə hər müəllifin iş yeri, ünvanı, ölkəsi, əlaqə saxlanılacaq müəllifin e-mail ünvanı verilir (bu şəxsin soyadından sonra və e-mail ünvanından əvvəl yuxarıda * işarəsi qoyulur.

Bir sətir buraxıldıqdan sonra abzasdan (abzas - 1 sm) adi şriftlə əsas mətn başlanır.

Tezislər orijinal tədqiqat işlərinin nəticələrini əks etdirməlidir. Tezis təqdim edən şəxslər konfransda çıxış etməlidirlər.

Tezisdə ədəbiyyat siyahısı, şəkillər və cədvəllər verilmir.

Tezislər plagiat proqramında yoxlanılacaqdır.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
 LOR cərrah Səma Səfərova Xətai Tibb Mərkəzində fəaliyyətə başlayıb   
İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyi arasında Memorandum imzalanıb
Bəxtiyar İsmayılov səhiyyə nazirinin müavini təyin edilib
Ağciyərin sağlamlığını qorumağın ən mühüm yollarından biri tütün məhsullarından uzaq durmaqdır
 Yeni Klinikada ABADD rəhbərliyi ilə canlı tibbi konsilium keçirilib   
 Uşaq evlərinin sakinləri üçün tibbi müayinələr təşkil olunub   
 ATU rezidenti Belqradda SLEuro-nun beynəlxalq seminarda iştirak edib   
Nizami Tibb Mərkəzində fəaliyyət göstərən könüllülərlə görüş keçirilib
 “Ürəyinin ritmini tut!” devizi altında elmi-praktiki seminar keçirilib
 Tovuzun ucqar dağ kəndi Kirəndə səyyar tibbi müayinə keçirilib
 Qəbələ RMX-da maarifləndirici təlim: “Yenidoğulmuşlarda reanimasiya tədbirləri”    
Ağdaşın Birinci Aral və İkinci Aral kəndlərində tibbi aksiya: 54 nəfər müayinə olunub
Oromandibulyar distoniya nədir?
Diabet və böyrəklər: səssiz təhlükə