Beynəlxalq radiologiya təcrübəsi: ATU-da professor Rainer Reinmüller ilə seminar
24.09.2026 11:30

Oktyabrın 9-u saat 12:00-da Azərbaycan Tibb Universitetində (ATU) uzunillik elmi, klinik və pedaqoji fəaliyyəti ilə beynəlxalq radiologiya ictimaiyyətində tanınan radioloq, tibb elmləri doktoru, professor Rainer Reinmüllerin iştirakı ilə elmi-praktiki seminar keçiriləcək. 

 

ATU-dan Aztibb.az-a verilən məlumata görə, müasir radiologiyanın aktual istiqamətlərinə həsr olunmuş seminarda professor “How to Read Chest X-rays” (Heart & Lung) – döş qəfəsinin rentgenoqrafiyasının oxunması və “How to Read Cardiac CT” – ürək kompüter tomoqrafiyasının oxunması mövzularında tədris təqdimatları ilə çıxış edəcək. 

 

Seminar radiologiya üzrə müasir görüntüləmə metodları, diaqnostik yanaşmalar və klinik təcrübə ilə bağlı biliklərin paylaşılması baxımından mühüm əhəmiyyət daşıyır. Tədbir xüsusilə tələbələr, rezidentlər və gənc radioloqlar üçün beynəlxalq təcrübədən faydalanmaq, müasir radiologiyanın aktual istiqamətləri ilə yaxından tanış olmaq və peşəkar biliklərini genişləndirmək imkanı yaradacaq. 

 

Professor Rainer Reinmüllerin ATU-da keçirəcəyi seminar onun Azərbaycan Radioloqlar Cəmiyyətinin təşkilatçılığı ilə 9–11 oktyabr 2026-cı il tarixlərində gerçəkləşdiriləcək beynəlxalq konfransda iştirakı çərçivəsində təşkil olunur. 

 

 

Məkan: Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikası, -1-ci mərtəbə, akt zalı

 

Qeyd edək ki, professor Reinmüller elmi fəaliyyətlə yanaşı, radioloji təhsilin və beynəlxalq peşəkar əməkdaşlığın inkişafına da mühüm töhfələr verib. O, beynəlxalq elmi jurnallarda 120-dən çox elmi məqalənin və 400-dən artıq elmi tezisin müəllifidir. Professor 16 milli və beynəlxalq elmi-tibbi cəmiyyətin fəal üzvü olub. Elmi-pedaqoji fəaliyyətinə və radiologiya üzrə təhsil proqramlarının inkişafına verdiyi töhfələrə görə 2005-ci ildə Avropa Radiologiya Cəmiyyətinin “Boris Raevski” medalı ilə təltif edilib.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
 LOR cərrah Səma Səfərova Xətai Tibb Mərkəzində fəaliyyətə başlayıb   
İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyi arasında Memorandum imzalanıb
Bəxtiyar İsmayılov səhiyyə nazirinin müavini təyin edilib
Ağciyərin sağlamlığını qorumağın ən mühüm yollarından biri tütün məhsullarından uzaq durmaqdır
 Uşaq evlərinin sakinləri üçün tibbi müayinələr təşkil olunub   
 Yeni Klinikada ABADD rəhbərliyi ilə canlı tibbi konsilium keçirilib   
 ATU rezidenti Belqradda SLEuro-nun beynəlxalq seminarda iştirak edib   
Nizami Tibb Mərkəzində fəaliyyət göstərən könüllülərlə görüş keçirilib
 “Ürəyinin ritmini tut!” devizi altında elmi-praktiki seminar keçirilib
 Qəbələ RMX-da maarifləndirici təlim: “Yenidoğulmuşlarda reanimasiya tədbirləri”    
 Tovuzun ucqar dağ kəndi Kirəndə səyyar tibbi müayinə keçirilib
Ağdaşın Birinci Aral və İkinci Aral kəndlərində tibbi aksiya: 54 nəfər müayinə olunub
Oromandibulyar distoniya nədir?
Diabet və böyrəklər: səssiz təhlükə