Tədris Cərrahiyyə Klinikasında molekulyar diaqnostika imkanları genişləndirilir
23.09.2026 17:19

ATU-nun Tədris Cərrahiyyə Klinikasının Laboratoriyasında müasir real-time PCR texnologiyası əsasında bir sıra infeksion xəstəliklərin və virus yükünün molekulyar diaqnostikası həyata keçirilir.

 

Bu barədə Aztibb.az-a Klinikadan xəbər verilib.

 

Bildirilib ki, laboratoriyada DT Prime II 5M1 real-time PCR platforması vasitəsilə urogenital infeksiyalar, HPV, HCV və HBV virus yükünün aşkarlanması istiqamətində müayinələr aparılır.

 

Molekulyar diaqnostika xidmətlərinin genişləndirilməsi çərçivəsində qadınlarda vaginal mikrobiotanın kompleks qiymətləndirilməsi, bakterial vaginoz və vulvovaginal kandidozla əlaqəli mikroorqanizmlərin aşkarlanmasına imkan verən yeni testlərin tətbiqi planlaşdırılır.

 

Bununla yanaşı, Chlamydia trachomatis, Neisseria gonorrhoeae, Mycoplasma genitalium, Mycoplasma hominis, Ureaplasma spp. və Trichomonas vaginalis daxil olmaqla, geniş spektrli cinsi yolla ötürülən infeksiyalar panelinin inkişaf etdirilməsi nəzərdə tutulur.

 

Eyni zamanda, HSV-1/2, CMV, EBV, respirator viruslar və antibiotik rezistentliyi markerləri üzrə müvafiq molekulyar testlərin tətbiqi imkanlarının genişləndirilməsi planlaşdırılır.

 

Bu istiqamətdə görülən işlər real-time PCR texnologiyasının multiplex və kəmiyyət analiz imkanlarından istifadə etməklə müasir, həssas və spesifik molekulyar diaqnostika xidmətlərinin daha geniş spektrdə təqdim edilməsinə imkan yaradacaq.

 

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Azərbaycan və Türkiyə şirkətləri səhiyyə menecmenti sahəsində əməkdaşlığa başlayır
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
“Gənc Tibb İşçilərinin Konfransı” layihəsi Qərb bölgəsində davam etdirilib
Ümumdünya Ağciyər Gününə həsr olunmuş ÖDƏNİŞSİZ MÜAYİNƏ AKSİYASI
Abbas Səhhət adına xəstəxananın tibb bacısı vəfat edib
Sabunçu Gənclər Evində “Sülh aylığı” çərçivəsində tədbir keçirilib
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-nin “Telesəhər” proqramına müsahibə verib
Naxçıvanda orta tibb işçiləri üçün keçirilən sertifikasiya imtahanının nəticələri açıqlanıb
İki yeni mütəxəssis Elmi-Tədqiqat Kardiologiya İnstitutunda fəaliyyətə başlayıb
Ümumdünya Ürək Gününə həsr olunmuş seminar və “Minimal İnvaziv Mitral Qapaq Təmiri” kursu keçiriləcək
Bakı Sağlamlıq Mərkəzinin həkimləri Norveçdə beynəlxalq tədbirdə iştirak ediblər  
 Gəncə Şəhər Birləşmiş Xəstəxanasının bir qrup əməkdaşı “Gənc Tibb İşçilərinin Konfransı” layihəsində iştirak edib   
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda doktoranturaya qəbul üzrə imtahan keçirilib
ADHTİ ilə “Azena Creative Agency” arasında tərəfdaşlıq əlaqələri qurulub