Ağır əl travması alan pasiyentin III, IV və V barmaqları amputasiyadan xilas edilib - Tədris Cərrahiyyə Klinikasında   
23.09.2026 13:56
Tədris Cərrahiyyə Klinikasında ağır əl travması alan pasiyentin III, IV və V barmaqları amputasiyadan xilas edilib.
 
Aztibb.az-ın xəbərinə görə, ATU-nun Tədris Cərrahiyyə Klinikasının Plastik cərrahiyyə şöbəsinin müdiri, plastik cərrah Adil Cümşüdovun rəhbərliyi ilə həyata keçirilən əməliyyat zamanı məişət şəraitində motorlu kəsici alətlə xəsarət alan pasiyentin əlində yaranmış mürəkkəb zədələnmələr aradan qaldırılıb.
 
Travma nəticəsində pasiyentin III, IV və V barmaqlarının vətərləri kəsilib, eyni zamanda geniş yumşaq toxuma defekti yaranıb. Barmaqların amputasiyadan xilas edilməsi və funksiyalarının mümkün qədər qorunması məqsədilə kompleks rekonstruktiv cərrahi müdaxilə icra olunub.
 
Əməliyyat zamanı yumşaq toxuma defektinin bərpası üçün flep cərrahiyyəsi, zədələnmiş vətərlərin funksiyasının bərpası məqsədilə vətər transferi həyata keçirilib. Kəsilmiş sinirlərin mümkün olan hissələri isə mikrocərrahi üsulla bərpa edilib. Eyni zamanda toxumaların qan təchizatının yenidən təmin olunması üçün damarların mikrocərrahi rekonstruksiyası aparılıb.
 
A.Cümşüdovun sözlərinə görə, müalicə iki mərhələli şəkildə planlaşdırılıb. Birinci mərhələdə formalaşdırılan flep təxminən üç həftə ərzində əl nahiyəsinə bağlı vəziyyətdə saxlanılacaq. Bu müddətdən sonra ikinci mərhələdə flep ayrılaraq son rekonstruktiv müdaxilə həyata keçiriləcək.
 
Aparılan mürəkkəb rekonstruktiv əməliyyatın əsas məqsədi pasiyentin zədələnmiş barmaqlarını amputasiyadan xilas etməklə yanaşı, əl funksiyasının mümkün qədər bərpa olunmasını təmin etməkdir.
Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Araşdırma: Yüksək dozada Omeqa-3 qəbulu belə yaddaş zəifləməsinin qarşısını almayıb  
 ATU tələbələrindən unikal təşəbbüs: “Dəmir Yumruq” elmin və anatomiyanın dili ilə   
1-ci tip diabetin inkişafını gecikdirən dərman ilk dəfə xəstəyə tətbiq edilib
TƏBİB: Ötən ay təcili tibbi yardım xidməti tərəfindən 131 305 nəfərə tibbi yardım göstərilib
Ürəyin işemik xəstəliyi diaqnozu ilə müraciət edən pasiyent üzərində AKŞ əməliyyatı uğurla icra olunub - Tədris Cərrahiyyə Klinikası
Uşaqlıq qanaxması şikayəti ilə müraciət edən xəstəyə cərrahi müdaxilə həyata keçirilib - Tədris Cərrahiyyə Klinikası
Rəşad Şolanın ixtirası dünyada birinci oldu
Rəşad Şolanın yeni cərrahi metodu beynəlxalq konqresdə qalib seçilib
Şirvan ŞMX-da ağır əl travması alan pasiyent üzərində uğurlu əməliyyat icra olunub
 Pirallahı Tibb Mərkəzində ilk dəfə kataraktanın fakoemulsifikasiya üsulu ilə ekstraksiyası əməliyyatı icra olunub   
ATU Həmkarlar İttifaqı Komitəsinin hesabat konfransı: “Təbib” İdman-Sağlamlıq Düşərgəsinin 10 illik inkişaf yolu və gələcək hədəfləri
Alimlər Altsheymer xəstəliyinin qarşısını ala bilən burun damcısı hazırlayıblar  
45 dəqiqəlik mübarizə, bir ömrə verilən ikinci şans – Həkimlər pasiyenti həyata qaytardılar
 Mərkəzi Gömrük Hospitalının şöbə rəisi “Certificate of Merit” Fəxri Xidmət Sertifikatı ilə təltif olunub   
Huawei diabetə nəzarət üçün yeni davamlı qlükoza monitorinq sistemini təqdim edib