“Əziz Əliyev: Şəxsiyyət, elm və milli səhiyyə irsi – 130” adlı elmi-praktik konfrans keçiriləcək
18.09.2026 12:03

Azərbaycan Tibb Universitetində (ATU) görkəmli dövlət və elm xadimi, professor Əziz Məmmədkərim oğlu Əliyevin 130 illik yubileyinə həsr olunmuş “Əziz Əliyev: Şəxsiyyət, elm və milli səhiyyə irsi – 130” adlı elmi-praktik konfrans keçiriləcək.

 

ATU-dan Aztibb.az-a bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 20 avqust 2026-cı il tarixli “Azərbaycanın görkəmli dövlət və elm xadimi Əziz Əliyevin 130 illiyinin qeyd edilməsi haqqında” Sərəncamından irəli gələn tədbirlər çərçivəsində təşkil olunacaq konfrans 17–18 dekabr 2026-cı il tarixlərində baş tutacaq.

 

Konfransın əsas məqsədi Azərbaycan tibb tarixində özünəməxsus iz qoymuş Əziz Əliyevin elm, səhiyyə, tibb təhsili və ictimai həyatın inkişafında mühüm rolunu, zəngin elmi irsini və milli səhiyyənin formalaşmasına verdiyi töhfələri müasir elmi yanaşmalar əsasında müzakirə etməkdir.

 

Tədbir çərçivəsində müxtəlif elmi istiqamətləri əhatə edən panellərlə yanaşı, doktorant, magistr, rezident və tələbələrin iştirakı ilə “Əziz Əliyev – 130: Gənc tədqiqatçıların elmi baxışları” adlı xüsusi panelin keçirilməsi də nəzərdə tutulur.

 

Konfransın materialları elmi məqalə və tezislər toplusu şəklində nəşr ediləcək. Hazırda tezislərin qəbuluna start verilib. Daha ətraflı məlumatı linkə daxil olaraq, əldə etmək mümkündür.

ÇOX OXUNANLAR
 LOR cərrah Səma Səfərova Xətai Tibb Mərkəzində fəaliyyətə başlayıb   
İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyi arasında Memorandum imzalanıb
Bəxtiyar İsmayılov səhiyyə nazirinin müavini təyin edilib
Ağciyərin sağlamlığını qorumağın ən mühüm yollarından biri tütün məhsullarından uzaq durmaqdır
 ATU rezidenti Belqradda SLEuro-nun beynəlxalq seminarda iştirak edib   
 Yeni Klinikada ABADD rəhbərliyi ilə canlı tibbi konsilium keçirilib   
 Uşaq evlərinin sakinləri üçün tibbi müayinələr təşkil olunub   
Nizami Tibb Mərkəzində fəaliyyət göstərən könüllülərlə görüş keçirilib
 “Ürəyinin ritmini tut!” devizi altında elmi-praktiki seminar keçirilib
 Tovuzun ucqar dağ kəndi Kirəndə səyyar tibbi müayinə keçirilib
Ağdaşın Birinci Aral və İkinci Aral kəndlərində tibbi aksiya: 54 nəfər müayinə olunub
 Qəbələ RMX-da maarifləndirici təlim: “Yenidoğulmuşlarda reanimasiya tədbirləri”    
Oromandibulyar distoniya nədir?
Diabet və böyrəklər: səssiz təhlükə