Səhiyyə menecmenti sahəsini seçməkdə məqsədimiz idarəetmə ekosistemini gücləndirməkdir
16.09.2026 17:27
Aztibb.az "Facemark" şirkətinin təsisçisi Rafiq Hunaltay ilə müsahibəni təqdim edir:
- Səhiyyə Menecmenti Forumu ideyası necə yarandı və niyəməhz bu sahə seçildi?
- Facemark olaraq 15 ildən artıqdır ki, müxtəlif sahələrdə strateji tədbirlər təşkil edirik və hər sahədə idarəetmə sistemləri diqqətimizi həmişə çəkib, eləcə də səhiyyə sahəsi: səhiyyə sistemi cəmiyyətin ən həssas, amma idarəetmə baxımından ən az müzakirə olunan sahələrindən biridir. Tibb müəssisələrinin idarə edilməsi, pasiyent təcrübəsinin təkmilləşdirilməsi, maliyyə, marketinq və rəqəmsallaşma kimi sahələrdə müasir menecment yanaşmalarına kəskin ehtiyac yarandığını gördük. Məhz bu sahəni seçməkdə əsas məqsədimiz — yüksək tibbi savada malik mütəxəssislərimizlə yanaşı, idarəetmə ekosistemini də gücləndirmək, dövlət və özəl sektor nümayəndələrini, eləcə də yerli və xarici ekspertləri vahid təcrübə mübadiləsi platformasında bir araya gətirərək səhiyyənin inkişafına töhfə verməkdir.
- "İdarəetmənin anatomiyası" konsepti nəyi ifadə edir?
- Bizim əsas fəlsəfəmiz bir cümlədə ifadə olunur: "Bədəni tanımadan onu sağaltmaq olmaz, sistemi tanımadan onu idarəetmək olmaz." Çox vaxt həkimlər menecment təhsili olmadan rəhbər vəzifəyə təyin olunurlar - bu, sanki anatomiyanı bilmədən cərrahiyyə etməyə bənzəyir. Biz istəyirik ki, iştirakçılar klinikanı, xəstəxananı və ya səhiyyə qurumunu canlı bir orqanizm kimi görsünlər - hər şöbənin, hər prosesin bir "orqan" kimi funksiyası olduğunu anlasınlar. Ona görə də bütün vizual dilimiz - ürək, beyin, onurğa sütunu kimi anatomik simvollar - məhz bu mesajı daşıyır: idarəetmə də bir elmdir, öyrənilə bilər və öyrənilməlidir.
- Forumun formatı hansı prinsiplə qurulub?
- Formatı qurarkən əsas hədəfimiz nəzəriyyəni praktikadan ayırmamaq idi. Ona görə də tədbiri iki paralel istiqamətə böldük - altı panel müzakirəsi və fərqli mövzularda masterklaslar. Panellər idarəetmə, maliyyələşdirmə, rəqəmsallaşdırma, strateji xəstəxana idarəçiliyi, liderlik və həkimlərin peşəkar rifahı kimi mövzuları əhatə edir - yəni sistemin həm "skeletini", həm "qan dövranını", həm də "ürəyini" araşdırırıq. Masterklaslar isə daha tətbiqi bacarıqlara yönəlib - süni intellekt, strateji marketinq, liderlik və bədən dili kimi. İştirakçı üçün əsas dəyər budur: bir gün ərzində həm strateji baxış, həm də praktiki alət əldə edə bilsin.
- Bu tədbirdən sonra hansı nəticəni uğur meyarı sayacaqsınız?
- Bizim üçün ən böyük uğur o olacaq ki, 500-dən çox iştirakçı zaldan çıxanda öz təşkilatlarına fərqli bir gözlə baxsınlar -sistemi bir-birindən ayrı hissələr kimi deyil, vahid, qarşılıqlı əlaqəli bir orqanizm kimi görsünlər. Bundan başqa, real şəbəkələşmənin baş verməsi, dövlət sektoru ilə özəl sektor arasında, akademiya ilə praktikanın arasında körpü yaranması bizim üçün ölçülə bilən uğur göstəricisidir. Əgər bu forumdan sonra bir neçə real əməkdaşlıq, layihə və ya islahat təşəbbüsü doğularsa, biz məqsədimizə çatmış olacağıq.
Bu bölməyə aid digər xəbərlər
Təyyar Eyvazov: "Hepatit B virusunu tamamilə bədəndən yox etmək hələlik mümkün deyil"
30.10.2026 | 12:22
Gigiyena qaydalarına əməl olunması məktəb və digər kollektivlərdə infeksiyaların yayılmasının qarşısının alınmasında əhəmiyyətlidir
26.10.2026 | 14:14
Müasir revmatologiya revmatoid artritin kompleks mərhələli müalicəsi üçün effektiv üsullar işləyib hazırlayıb
12.10.2026 | 11:35
Ağciyərin sağlamlığını qorumağın ən mühüm yollarından biri tütün məhsullarından uzaq durmaqdır
05.10.2026 | 11:31
Kardioloq: "Ürək üçün vacib olan meyvələr kalsium və kaliumla zəngin olmalıdır"
28.09.2026 | 13:33
90 yaşlı alimlə MÜSAHİBƏ
24.09.2026 | 14:05
Sümük iliyi transplantasiyası bir sıra genetik və onkohematoloji xəstəliklərin müalicəsində tətbiq olunur
21.09.2026 | 12:42
Səhiyyə idarəçiliyində verilən qərarlar mümkün qədər məlumatlara, araşdırmalara və sübuta əsaslanmalıdır - MÜSAHİBƏ
17.09.2026 | 10:30
Səhiyyə menecmenti sahəsini seçməkdə məqsədimiz idarəetmə ekosistemini gücləndirməkdir
16.09.2026 | 17:27
Yeniyetmələrdə hormonal və cinsi inkişaf mərhələlər üzrə izlənir və qiymətləndirilir
14.09.2026 | 12:01
ÇOX OXUNANLAR
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
24.10.2026 | 19:16
Respublika Klinik Xəstəxanası qeydiyyatçı vakansiyası elan edir
26.10.2026 | 11:19
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb
22.10.2026 | 17:03
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
22.10.2026 | 14:08
Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər
22.10.2026 | 12:05
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
23.10.2026 | 12:33
Vətən müharibəsi şəhidinin məzarı ziyarət olunub
25.10.2026 | 10:23
Həkim karyerası boyu bu şişlərə cəmi bir neçə dəfə rast gələ bilər – Onkoloq nadir xərçəng növlərini açıqlayıb
22.10.2026 | 10:49
İnsultdan sonra nitqdə qeyri-adi dəyişiklik - Beyin dil bacarıqlarına təsir edir?
28.10.2026 | 16:50
Milli Onkologiya Mərkəzdə Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib
26.10.2026 | 16:52
Tez-tez nəcis ifrazı istəyi proktitin əlaməti ola bilər
25.10.2026 | 07:24
Dodaq uçuğuna səbəb olan virus beynin immun müdafiəsini zəiflədə bilər
22.10.2026 | 10:44
Səhiyyə nazirinin müavini İtaliyada beynəlxalq səviyyəli görüşdə iştirak edib
26.10.2026 | 15:43
Mərkəzi Gömrük Hospitalının Poliklinika şöbəsində geniş spektrli tibbi xidmətlər göstərilir
27.10.2026 | 16:04
Dəmir yolu vağzalında keçirilən tibbi aksiyada 250 nəfər oftalmoloji müayinədən keçirilib
25.10.2026 | 09:28

