Mərkəzi Gömrük Hospitalında “Fetal təbabət” üzrə master-klass olacaq  
16.09.2026 10:56

Sentyabrın 18-də Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin, Mərkəzi Gömrük Hospitalının və Britaniya-Azərbaycan Həkimləri və Stomatoloqları Assosiasiyasının birgə təşkilatçılığı ilə “Fetal təbabət” üzrə master-klass keçiriləcək.

 

Mərkəzi Gömrük Hospitalından Aztibb.az-a bildirilib ki, Hospitalda təşkil olunacaq master-klassda mürəkkəb fetal hallar, ultrasəs müayinəsi göstəriciləri əsasında düzgün klinik qərarların qəbul edilməsi, ana bətnində dölün müalicəsi və cərrahiyyəsi kimi vacib mövzular ətrafında mühazirələr dinləniləcək, eləcə də real klinik halların təqdimatı və interaktiv müzakirələr aparılacaq.

 

Mərkəzi Gömrük Hospitalının Mama-ginekologiya şöbəsinin mama-ginekoloqu, tibb üzrə fəlsəfə doktoru Sədi Allahverdiyevin master-klassa dəvət videosunu Sizə təqdim edirik.

 

Tədbir proqrama uyğun olaraq mama-ginekoloq və radioloq ixtisaslı həkimlər, eləcə də rezidentlər üçün nəzərdə tutulub.

 

Yerlər məhdud olduğu üçün qeydiyyatdan keçmək mütləqdir.

 

Master-klassda iştirak ödənişsizdir.

 

Master-klassın akkreditasiya edilməsi üçün Səhiyyə Nazirliyinə müraciət olunub.

 

Hər kəs master-klassda iştirak üçün dəvətlidir.

 

Proqramla link vasitəsilə tanış olmaq mümkündür. Həmçinin bu link vasitəsilə qeydiyyatdan keçmək olar.

ÇOX OXUNANLAR
 LOR cərrah Səma Səfərova Xətai Tibb Mərkəzində fəaliyyətə başlayıb   
İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyi arasında Memorandum imzalanıb
Bəxtiyar İsmayılov səhiyyə nazirinin müavini təyin edilib
Ağciyərin sağlamlığını qorumağın ən mühüm yollarından biri tütün məhsullarından uzaq durmaqdır
 Uşaq evlərinin sakinləri üçün tibbi müayinələr təşkil olunub   
 Yeni Klinikada ABADD rəhbərliyi ilə canlı tibbi konsilium keçirilib   
 ATU rezidenti Belqradda SLEuro-nun beynəlxalq seminarda iştirak edib   
Nizami Tibb Mərkəzində fəaliyyət göstərən könüllülərlə görüş keçirilib
 “Ürəyinin ritmini tut!” devizi altında elmi-praktiki seminar keçirilib
 Qəbələ RMX-da maarifləndirici təlim: “Yenidoğulmuşlarda reanimasiya tədbirləri”    
 Tovuzun ucqar dağ kəndi Kirəndə səyyar tibbi müayinə keçirilib
Ağdaşın Birinci Aral və İkinci Aral kəndlərində tibbi aksiya: 54 nəfər müayinə olunub
Oromandibulyar distoniya nədir?
Diabet və böyrəklər: səssiz təhlükə