Xəstənin ağciyərindən sümük çıxarıldı – “Sümüklü yeməkləri sevən adamam, çox da təəccüblənmədim”
13.09.2026 08:43

İstanbulda yaşayan 41 yaşlı Mehmet Polat arıqlama, iştahasızlıq və davamlı öskürək kimi şikayətlərlə xəstəxanaya müraciət etdikdən sonra ağciyərində sümük olduğu aşkarlanıb. Sümük uğurlu əməliyyat nəticəsində çıxarılıb. O, başına gələnlərlə bağlı “Sümüklü yeməkləri sevən adamam, buna görə çox da təəccüblənmədim...” deyib.

Aztibb.az "Milliyyet"ə istinadən yazır ki, döş qəfəsi cərrahiyyəsi üzrə mütəxəssis dosent Onur Derdiyok və onun rəhbərlik etdiyi komandanın apardığı müayinələr zamanı xəstənin ağciyərində şübhəli sahə müəyyən edilib. Bundan sonra tənəffüs yollarının ağız boşluğundan daxil edilən kamera vasitəsilə müayinə olunmasına imkan verən bronxoskopiyanın aparılmasına qərar verilib.

Bronxoskopiya və laborator müayinələr nəticəsində dəqiq nəticə əldə olunmadıqdan sonra tibbi konsiliumun qərarı ilə VATS – video-yardımlı döş qəfəsi cərrahiyyəsi üsulundan istifadə edilib. Bu, kiçik kəsiklər vasitəsilə kamera və xüsusi cərrahi alətlərdən istifadə olunmaqla həyata keçirilən qapalı əməliyyat üsuludur.

Əməliyyat zamanı aparılan sürətli patoloji müayinə nəticəsində xəstədə xərçəng olmadığı müəyyənləşdirilib. Şikayətlərin səbəbinin isə ağciyərdə yerləşən sümük olduğu aşkarlanıb. Sümük və onun ətrafında əmələ gəlmiş toxuma cərrahi yolla çıxarılıb.

Dosent Onur Derdiyok xəstənin vəziyyəti və əməliyyatın gedişi barədə məlumat verərək bildirib ki, insanlar uzun müddət davam edən və təkrarlanan şikayətlərini diqqətdən kənarda qoymamalıdırlar. O, vətəndaşları sağlamlıqları ilə bağlı davamlı narahatlıq yaradan hallarda vaxtında həkimə müraciət etməyə çağırıb.




ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Respublika Klinik Xəstəxanası qeydiyyatçı vakansiyası elan edir
Süni intellektlə qarşılıqlı əlaqələrdə gender bərabərsizliyi təkrarlana bilər   
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
 Rezidentlər üçün “Laparoskopik bazis vərdişlər” təliminə start verilib