ABŞ-da süni intellektin nəzarətdən çıxması ehtimalına diqqət artırıldı - Müdafiə sistemləri yaradılır
11.09.2026 08:26

ABŞ-da texnologiya şirkətləri süni intellekt alqoritmlərinin təhlükəli davranış nümayiş etdirməsi ehtimalına qarşı xüsusi müdafiə sistemləri hazırlayırlar.

 

Aztibb.az xəbər verir ki, bu barədə "Axios" portalı məlumat yayıb.

Nəşrin məlumatına görə, zərurət yarandıqda ayrı-ayrı serverləri söndürmək mümkündür. Lakin müasir süni intellekt sistemləri eyni vaxtda çoxsaylı kompüterlərdən və müxtəlif platformalardan istifadə edir. Buna görə də belə sistemləri dayandırmaq üçün yalnız bir üsul kifayət etmir.

“Universal və vahid həll yolu yoxdur”, – deyə nəşrdə bildirilir.

Bu səbəbdən şirkətlər çoxsəviyyəli müdafiə mexanizmləri yaradırlar. Bu sistemlər süni intellekt agentlərinin şübhəli davranışlarını müəyyən etməli, zərurət yarandıqda onların fəaliyyətini dayandırmalı və resurslara çıxışını məhdudlaşdırmalıdır.

OpenAI şirkəti isə ciddi nasazlıqlar baş verəcəyi təqdirdə sistemi avtomatik şəkildə söndürə biləcək tam avtonom mexanizm hazırlamağa çalışdığını açıqlayıb.

Şirkətin məlumatına görə, xüsusi süni intellekt müşahidəçisi agentlərin fəaliyyətini izləyəcək və onların davranışını təhlükəli hesab etdikdə əməkdaşları xəbərdar edəcək. Təhlükə təsdiqləndiyi halda sistem agentin fəaliyyətini 30 dəqiqə ərzində dayandıracaq.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Respublika Klinik Xəstəxanası qeydiyyatçı vakansiyası elan edir
Süni intellektlə qarşılıqlı əlaqələrdə gender bərabərsizliyi təkrarlana bilər   
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
 Rezidentlər üçün “Laparoskopik bazis vərdişlər” təliminə start verilib