Bu bitkinin yarpaqlarında xərçəng hüceyrələrinin inkişafını dayandıran maddə aşkarlanıb
07.09.2026 08:44

Rusiya alimləri çaytikanının yarpaqlarında olan təbii kazuariktin birləşməsinin xərçəng hüceyrələrinin inkişafını dayandırdığını müəyyən ediblər.

 

Aztibb.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Rusiya Elm və Ali Təhsil Nazirliyindən bildirilib ki, çaytikanının bu xüsusiyyəti Ümumrusiya Dərman və Ətirli Bitkilər Elmi-Tədqiqat İnstitutunun alimləri tərəfindən aşkar edilib.

Nazirliyin açıqlamasında qeyd olunub: “Bədxassəli hüceyrələrin metabolik aktivliyi təbii maddənin konsentrasiyasından və təsir müddətindən asılı olaraq azalıb”.

İnstitutun baş elmi işçisi Yelena Jniçkova bildirib ki, kazuariktin şiş hüceyrələrinin inkişafını güclü şəkildə inhibə edən maddədir. Onun sözlərinə görə, bu nəticə gələcəkdə xərçənglə mübarizə vasitələrinin hazırlanması üçün zəmin yarada bilər.

Qeyd edək ki, bundan əvvəl Rusiya Səhiyyə Nazirliyinin N.F. Qamaleya adına Milli Epidemiologiya və Mikrobiologiya Tədqiqat Mərkəzinin elmi rəhbəri Aleksandr Qintsburq yaxın gələcəkdə xərçəngin bir neçə növünün müalicəsində əhəmiyyətli irəliləyiş əldə edilə biləcəyini açıqlamışdı.

Onun sözlərinə görə, bu xəstəliklərə melanoma, kiçik hüceyrəli ağciyər xərçəngi, sidik kisəsi xərçəngi və kolorektal xərçəng daxildir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Respublika Klinik Xəstəxanası qeydiyyatçı vakansiyası elan edir
Süni intellektlə qarşılıqlı əlaqələrdə gender bərabərsizliyi təkrarlana bilər   
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
 Rezidentlər üçün “Laparoskopik bazis vərdişlər” təliminə start verilib