“Ana və uşaq sağlamlığı: multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar” adlı beynəlxalq konfrans keçiriləcək
06.09.2026 09:28

19 sentyabr 2026-cı il tarixində Bakı şəhərində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin və Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı, Florence Nightingale Xəstəxanalar Qrupunun və Britaniya-Azərbaycan Həkimləri və Stomatoloqları Assosiasiyasının dəstəyi ilə “Ana və uşaq sağlamlığı: multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.

 

Bu məlumat Aztibb.az-a Gömrük Hospitalından verilib.

 

Konfrans çərçivəsində Azərbaycan, Türkiyə və Böyük Britaniyadan dəvət olunmuş yüksəkixtisaslı mütəxəssislər tərəfindən elmi təqdimatların edilməsi, eləcə də ölkəmizdə fəaliyyət göstərən tibb mütəxəssislərinin beynəlxalq klinik təcrübə ilə tanış olması məqsədilə panel müzakirələrinin təşkili nəzərdə tutulur.

 

Panel müzakirələri zamanı ana və uşaq sağlamlığının təmin edilməsində müxtəlif tibbi ixtisaslar arasında koordinasiyanın gücləndirilməsi, pasiyentyönümlü yanaşmanın tətbiqi, klinik qərarvermənin təkmilləşdirilməsi və müasir tibbi texnologiyalardan səmərəli istifadə imkanları ətrafında fikir mübadiləsinin aparılması nəzərdə tutulur.

 

Konfrans proqrama uyğun olaraq mama-ginekoloq, neonatoloq, pediatr, kardioloq, radioloq, ümumi cərrah, uşaq cərrahı, anestezioloq-reanimatoloq və nevropatoloq ixtisasları üzrə fəaliyyət göstərən həkimlər və rezidentlər üçün nəzərdə tutulub.

 

Ana və uşaq sağlamlığının qorunması və möhkəmləndirilməsi istiqamətində müasir tibbi yanaşmaların, diaqnostika və müalicə imkanlarının, beynəlxalq təcrübənin, eləcə də multidissiplinar əməkdaşlığın əhəmiyyətinin vurğulanması məqsədilə təşkil ediləcək elmi konfransın akkreditasiyası üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə müraciət edilib.

 

Konfransda iştirak ödənişsizdir. Qeydiyyatdan keçmək mütləqdir!

 

Proqramla tanış olmaq üçün keçid: https://customshospital.az/ana-ve-usaq-saglamliginda-multidissiplinar-yanasmalar-perspektivler-ve-aktual-cagirislar/ 

 

Qeydiyyatdan keçmək üçün link: https://forms.gle/SQ4DiGQ2dRtihsJQ8 

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
 LOR cərrah Səma Səfərova Xətai Tibb Mərkəzində fəaliyyətə başlayıb   
İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyi arasında Memorandum imzalanıb
Bəxtiyar İsmayılov səhiyyə nazirinin müavini təyin edilib
Ağciyərin sağlamlığını qorumağın ən mühüm yollarından biri tütün məhsullarından uzaq durmaqdır
 Uşaq evlərinin sakinləri üçün tibbi müayinələr təşkil olunub   
 ATU rezidenti Belqradda SLEuro-nun beynəlxalq seminarda iştirak edib   
 Yeni Klinikada ABADD rəhbərliyi ilə canlı tibbi konsilium keçirilib   
Nizami Tibb Mərkəzində fəaliyyət göstərən könüllülərlə görüş keçirilib
 “Ürəyinin ritmini tut!” devizi altında elmi-praktiki seminar keçirilib
 Qəbələ RMX-da maarifləndirici təlim: “Yenidoğulmuşlarda reanimasiya tədbirləri”    
 Tovuzun ucqar dağ kəndi Kirəndə səyyar tibbi müayinə keçirilib
Ağdaşın Birinci Aral və İkinci Aral kəndlərində tibbi aksiya: 54 nəfər müayinə olunub
Diabet və böyrəklər: səssiz təhlükə
Oromandibulyar distoniya nədir?