Tibb işçilərinin rifahının artırılması xidmətin keyfiyyətini yüksəldəcək - Akademik Əhliman Əmiraslanov
03.09.2026 15:27

Azərbaycanda səhiyyə sisteminin inkişaf etdirilməsi, bu sahədə qabaqcıl standartların tətbiqi və tibb işçilərinin sosial rifahının gücləndirilməsi daim ölkə rəhbərliyinin diqqət mərkəzində olub. Bu istiqamətdə həyata keçirilən tədbirlər ardıcıl xarakter daşıyıb.

 

Aztibb.az xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov bildirib.

 

Onun sözlərinə görə, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva tibb işçilərinin maddi rifahının yaxşılaşdırılması, əməyin yüksək qiymətləndirilməsi və səhiyyə sistemində insan kapitalının gücləndirilməsi məqsədilə TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqlarının artırılması təşəbbüsü ilə çıxış edib. Prezident İlham Əliyev təşəbbüsü müsbət qarşılayaraq onun icrası ilə bağlı müvafiq tapşırıq verib.

 

“Bu xoş hadisə sosial xarakterli qərar olmaqla yanaşı, həm də Azərbaycan səhiyyəsində insan kapitalına qoyulan sərmayədir. Əməkhaqqının artırılması zamanı iş yükü, ixtisas və regionlarda mövcud kadr ehtiyacı nəzərə alınaraq diferensial yanaşmanın tətbiqi həkimlərin motivasiyasına, peşəkar kadrların sistemdə saxlanmasına və regionlara cəlb edilməsinə müsbət təsir göstərə bilər. O cümlədən, regionlarda əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin yüksəldilməsinə səbəb olacaqdır. Bir sözlə, tibb işçilərinin əməkhaqlarının artırılması siyasəti, eyni zamanda, vətəndaşlara göstəriləcək tibbi xidmətin keyfiyyətinin yüksəldilməsinə yönəlib.

 

Son illər Azərbaycanın səhiyyə sistemində mərhələli islahatlar həyata keçirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən sosial siyasətin başlıca prioritetlərindən biri səhiyyə sisteminin əhalinin sağlamlığının qorunmasında rolunun daha da gücləndirilməsi, bu sistemin qabaqcıl dünya təcrübəsi əsasında daha təkmil, çevik və səmərəli mexanizmlər üzərində qurulmasıdır.

 

Bu siyasətin ardıcıl icrası, eyni zamanda, Birinci vitse-prezident Mehriban Əliyevanın səhiyyənin inkişafına xüsusi diqqəti sayəsində tibb infrastrukturunun müasir tələblərə uyğun modernləşdirilməsi, tibb müəssisələri şəbəkəsinin genişləndirilməsi və tibbi xidmətlərin keyfiyyətinin artırılması istiqamətlərində mühüm nailiyyətlər əldə olunub.

 

Dövlətin prioritet elan etdiyi sahələrdən olan səhiyyə sistemində əhaliyə əlçatan və keyfiyyətli xidmət göstərilməsi, vətəndaş məmnunluğunun artırılması üçün atılan addımlar, aparılan islahatlar davamlı xarakter daşıyır.

 

TƏBİB-in idarəetməsi ilə bağlı yeni yanaşma klassik dövlət idarəetməsindən fərqli olaraq, daha çox modern və praqmatik idarəetmə modelinə yaxınlaşmanı göstərir. Qeyd etdiyim kimi, mərkəzdə insan faktoru və onun həyat şəraitinin yaxşılaşdırılması durur. İdarəetmə sisteminin optimallaşdırılması, maliyyə və xidmət funksiyalarının ayrılması, TƏBİB-in gücləndirilməsi və vətəndaşyönümlü xidmət modelinə keçid də məhz buna hesablanıb.

 

Bir sözlə, islahatın tətbiqi ilə tibb işçilərinin sosial rifahının gücləndirilməsi, peşənin cəlbediciliyinin artırılması, həkimlərin regionlara cəlb edilməsinin stimullaşdırılması, fəaliyyət nəticələrinin daha dolğun qiymətləndirilməsi və göstərilən tibbi xidmətlər üzrə pasiyent məmnuniyyətinin yüksəldilməsi hədəflənir”, – deyə komitə sədri vurğulayıb.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
 LOR cərrah Səma Səfərova Xətai Tibb Mərkəzində fəaliyyətə başlayıb   
İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyi arasında Memorandum imzalanıb
Bəxtiyar İsmayılov səhiyyə nazirinin müavini təyin edilib
Ağciyərin sağlamlığını qorumağın ən mühüm yollarından biri tütün məhsullarından uzaq durmaqdır
 ATU rezidenti Belqradda SLEuro-nun beynəlxalq seminarda iştirak edib   
 Uşaq evlərinin sakinləri üçün tibbi müayinələr təşkil olunub   
 Yeni Klinikada ABADD rəhbərliyi ilə canlı tibbi konsilium keçirilib   
Nizami Tibb Mərkəzində fəaliyyət göstərən könüllülərlə görüş keçirilib
 “Ürəyinin ritmini tut!” devizi altında elmi-praktiki seminar keçirilib
 Qəbələ RMX-da maarifləndirici təlim: “Yenidoğulmuşlarda reanimasiya tədbirləri”    
 Tovuzun ucqar dağ kəndi Kirəndə səyyar tibbi müayinə keçirilib
Ağdaşın Birinci Aral və İkinci Aral kəndlərində tibbi aksiya: 54 nəfər müayinə olunub
Oromandibulyar distoniya nədir?
Diabet və böyrəklər: səssiz təhlükə