Milyarder ölümsüz olmaq üçün milyonlar xərclədi, amma sağalmaz xəstəliklə üzləşdi
31.08.2026 17:32

ABŞ-li sahibkar və bioloji haker Brayan Conson orqanizmini gənc saxlamaq üçün illər ərzində milyonlarla dollar xərcləsə də, 2026-cı ildə sağalmaz autoimmun qastrit diaqnozu alıb.

Aztibb.az xəbər verir ki, 40 yaşdan sonra həyatını qocalmanı mümkün qədər ləngitmək məqsədinə həsr edən Conson ildə təxminən 2 milyon dollar tibbi müayinələrə, müxtəlif prosedurlara, dərman və əlavələrə sərf edib. O, xüsusi qidalanma, gündəlik məşqlər və ciddi yuxu rejimi ilə yanaşı, müxtəlif eksperimental yanaşmalardan da istifadə edib.

Conson hətta yeniyetmə oğlunun qan plazmasını özünə köçürüb. Lakin mütəxəssislər bu kimi prosedurların gəncləşdirici təsirinin elmi cəhətdən sübut edilmədiyini bildirirlər.

Bioloji hakerlər arasında aralıq oruc, ketogen pəhriz, soyuq terapiyası, hiperbarik kamera, qida əlavələri, müxtəlif dərmanlar və orqanizmin biomarkerlərinin davamlı izlənməsi kimi üsullar geniş yayılıb.

Ekspertlərin fikrincə, uzunömürlülükdə həyat tərzi mühüm rol oynasa da, orqanizmi “yenidən proqramlaşdırmaq” mümkün deyil. Genetik xüsusiyyətlər, ətraf mühit, immun sisteminin fəaliyyəti və digər amillər də insan sağlamlığına təsir göstərir.

Consonda may ayında autoimmun qastrit aşkarlanıb. Bu xəstəlikdə immun sistem mədənin hüceyrələrinə hücum edir və B12 vitamini çatışmazlığı, qanazlığı, eləcə də mədə xərçəngi riskinin artmasına səbəb ola bilər.

Mütəxəssislər vurğulayırlar ki, sağlam və uzun ömür üçün ekstremal bioloji hakerlik üsullarından daha çox balanslı qidalanma, fiziki aktivlik, keyfiyyətli yuxu, stressin idarə olunması və mütəmadi tibbi müayinələrə üstünlük verilməlidir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub