Yeni tədris ilinin rezidentləri Mərkəzi Gömrük Hospitalında təhsilə başlayıblar
23.11.2020 12:22
Mərkəzi Gömrük Hospitalının Azərbaycan Tibb Universiteti (ATU) ilə imzaladığı ikitərəfli müqaviləyə əsasən ATU-nun məzunları Gömrük Hospitalında rezidentura təhsili ala bilirlər.
 
Hospitalda rezidentura təhsilinə başlayan hər bir rezident burada fəaliyyət göstərən yüksəkixtisaslı həkimlərin rəhbərliyi altında təcrübə keçəcək, öz bilik və bacarıqlarını artıracaq, peşəkar kadr kimi formalaşacaq.
 
2020-ci ildən etibarən rezidentura təhsilinə başlayan gələcəyin həkimləri Gömrük Hospitalın müxtəlif sahələr üzrə fəaliyyət göstərən şöbələrində yüksəkixtisaslı həkimlərin rəhbərliyi altında fəaliyyət göstərəcəklər.
 
Bu münasibətlə Mərkəzi Gömrük Hospitalının rəisi - baş həkim Elman Məmmədov rezidentlərlə görüşüb və onlara yeni fəaliyyətlərində uğurlar, təhsillərində nailiyyətlər arzu edib. Qeyd edib ki, Mərkəzi Gömrük Hospitalında 2018-ci ildən yaradılmış rezidentura təhsilinin əsas məqsədi gələcəkdə işinin peşəkarı, yüksək nəzəri və təcrübi biliklərə malik, savadlı həkimlər yetişdirməkdir.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır