Anadangəlmə sol üst göz qapağı ptozu diaqnozu olan xəstə uğurla əməliyyat olunub
16.08.2026 11:23

Tədris Cərrahiyyə Klinikasında anadangəlmə sol üst göz qapağı ptozu (sallanması) diaqnozu olan xəstəyə uğurla cərrahi əməliyyat icra olunub.

 

Klinikadan Aztibb.az-a verilən məlumata görə, əməliyyat ATU-nun plastik, estetik və rekonstruktiv cərrahiyyə üzrə rezidenti, tibb üzrə fəlsəfə doktoru Dilqam Məhərrəmov tərəfindən həyata keçirilib.

 

Müalicə olunmamış hallarda isə bu patologiya uşaqlarda ambliopiyaya (tənbəl göz sindromu) və astiqmatizmə səbəb ola bilər ki, bu da vaxtında cərrahi müdaxilənin vacibliyini artırır.

 

Əməliyyat zamanı levator cərrahiyyəsi yəni levator əzələsinin funksional vəziyyətinə uyğun olaraq qısaldılması və yenidən düzgün mövqedə bərkidilməsi əməliyyatı icra edilib. Dünya təcrübəsində ptozun cərrahi korreksiyasında ən çox tətbiq olunan və effektiv üsullardan biri sayılan bu metod, zəif işləyən əzələnin gücünü bərpa edərək qapağı fizioloji səviyyəyə qaldırmağa imkan verir. Nəticədə ptoz tam aradan qaldırılıb, göz qapağının həm funksiyası, həm də hər iki gözün estetik simmetriyası bərpa olunub.

 

ÇOX OXUNANLAR
 Mərkəzi Gömrük Hospitalının patomorfoloqları 35-ci Milli Patologiya Konqresində iştirak ediblər   
Alimlər həyatın heç vaxt mövcud olmadığı Yer kürəsinin necə görünəcəyini modelləşdiriblər
Tibb elmləri doktoru Rəşad Şolan Türk Dünyası Transplantasiya Cəmiyyətinin Azərbaycanda rəsmi nümayəndəsi təyin olunub  
 Cəbrayıl RMX-da mövsümi qripə qarşı vaksinasiya prosesinə başlanılıb   
 Mərkəzi Gömrük Hospitalında kəskin infarkt keçirən 71 yaşlı xəstə üzərində mürəkkəb əməliyyat uğurla icra olunub   
Şirvan Şəhər Mərkəzi Xəstəxanasının rəhbərliyi şəhid ailəsini ziyarət edib
44 günlük Vətən müharibəsində əldə olunan tarixi Zəfər cəmiyyətin ideoloji birliyini daha da möhkəmləndirib
Tibb işçilərinin bilik və bacarıqlarının artırılması istiqamətində tədbirlər davam etdirilir
Süni intellekt ölüm riskini müəyyənləşdirməkdə həkimlərdən daha dəqiq nəticə göstərib - 27 minə yaxın pasiyentin iştirakı ilə araşdırma
Nyu-Yorkda 30 ildən sonra qızılca səbəbindən ilk uşaq ölümü qeydə alınıb
BP-nin Vitse-Prezidenti Respublika Diaqnostika Mərkəzində miqrasiya üçün xüsusi müayinə xidməti ilə tanış olub
Cəlilabad RMX-nın tabeliyində fəaliyyət göstərən Ailə Sağlamlıq Mərkəzlərinə baxış keçirilib
Nizami Tibb Mərkəzində Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
 Beyləqanın Qəhrəmanlı kənd sakinləri üçün səyyar tibbi müayinə keçirilib   
Psixoterapevt işləyən qadınlara hansı dəstəyin vacib olduğunu açıqlayıb