İnsanın psixi vəziyyəti bağırsaqlarındakı bakteriyalardan asılıdır
16.08.2026 11:01

 

İnsanın psixi vəziyyəti yalnız beynin fəaliyyətindən deyil, həm də bağırsaqlarında yaşayan bakteriyalardan asılıdır.

 

Aztibb.az rg.ru-ya istinadla xəbər verir ki, portuqaliyalı alimlər bu barədə “Translational Psychiatry” jurnalında yazıblar.

 

Portuqaliya alimləri 200 könüllünün bağırsaqlarındakı bakteriyaların tərkibini araşdırıb və həmin bakteriyalar arasında bir neçə növ xüsusilə onların diqqətini çəkib. Məsələn, bağırsaqlarda “Allisonella” və “Prevotella” bakteriyalarının, eləcə də “Cloacibacillus evryensis” növünün daha yüksək payı psixopatik xüsusiyyətlərlə əlaqələndirilib. Belə əlaqənin niyə yarandığını və ümumiyyətlə, bunun hansı mexanizmlə baş verdiyini hələ müəyyənləşdirmək lazımdır.

 

Gələcək tədqiqatlar hazırkı nəticələri təsdiqləsə, psixopatik xüsusiyyətlərin öyrənilməsi yalnız beynin fəaliyyətindəki xüsusiyyətlərin axtarışı ilə məhdudlaşmayacaq, həm də bağırsaq mikrobiotasının tədqiqini əhatə edəcək.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır