ÜST tələbə və gənc mütəxəssislər üçün video müsabiqəsi elan edir
08.08.2026 10:19

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tələbə və gənc mütəxəssislər üçün “Qrip və COVID-19 kimi tənəffüs yolu infeksiyalarından ətrafındakı insanları necə qoruyursan?” mövzusunda video müsabiqə elan edir.

 

ATU-dan Aztibb.az-a bildirilib ki, iştirakçılar qrip və/və ya COVID-19-un qarşısının alınması və nəzarətinin əhəmiyyətini əks etdirən qısa videolar hazırlamalıdırlar. 

 

Videoların yaradıcı olması, yanlış məlumat və mifləri aradan qaldırması, həmçinin insanları özlərini və yaxınlarını mövsümi qrip və COVID-19-dan qorumağa təşviq etməsi tövsiyə olunur.

 

Kimlər iştirak edə bilər?

 

 18–35 yaşlı tələbələr və gənc mütəxəssislər (fərdi və ya komanda şəklində).

Video tələbləri:

- Maksimum 90 saniyə

- İstənilən yaradıcı format

- İngilis dilində altyazı mütləqdir

- Maksimum 3 video təqdim etmək olar.

Video aşağıdakı mövzulardan ən az birini əhatə etməlidir:

* Risk qruplarının qorunması;

* Qrip və COVID-19-la bağlı şübhələrə cavab;

* İcmada yayılan miflərin təkzibi.

 

Qaliblər ÜST tərəfindən sertifikatla təltif olunacaq, videoları rəsmi platformalarda yayımlanacaq və qlobal vebinarda təqdim ediləcək.

 

Son müraciət tarixi: 13 sentyabr 2026 (23:45 CEST).

https://www.who.int/news-room/events/detail/2026/08/03/default-calendar/global-youth-competition-advocating-for-influenza-and-covid-19-prevention-and-control

 

 

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
DİM-lərə töhfə: ATU-da tibb kolleclərinin müəllimləri üçün müasir klinik tədris yanaşmaları müzakirə olunub