I Milli Leyşmanioz Konfransı keçiriləcək
06.08.2026 16:36

23–24 oktyabr 2026-cı il tarixlərində keçiriləcək I Milli Leyşmanioz Konfransı ölkənin aparıcı alimlərini, həkimlərini, laboratoriya mütəxəssislərini, tədqiqatçılarını və səhiyyə sahəsinin nümayəndələrini bir araya gətirəcək.

 

 

Aztibb.az-ın xəbərinə görə, konfrans çərçivəsində elmi müzakirələr aşağıdakı istiqamətlər üzrə aparılacaq:

Leyşmaniozun epidemiologiyası və müasir vəziyyəti;
Leyşmaniozun müasir laborator diaqnostikası;
Leyşmaniozda klinik yanaşmalar və innovativ müalicə strategiyaları;
Vektor və heyvan rezervuarlarının monitorinqi və nəzarəti;
“Vahid Sağlamlıq (One Health)” yanaşmasının leyşmaniozla mübarizədə rolu.

Konfransın məqsədi dünyanın və ölkəmizin ictimai sağlamlıq problemlərindən biri olan leyşmaniozun diaqnostikası, müalicəsi epidemiologiyası və profilaktikası sahəsində mövcud problemləri ortaya qoymaq və eləcə də son illərdə leyşmaniyaya qarşı biotexnologiya nanotexnologiya və sünii intellekte əsaslı yeni multidissiplinar yanaşmaları müzakirə etməkdir.

 

Təşkilatçılar:

* Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi V. Y.Axundov adına Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutu
* Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Baytarlıq Elmi-Tədqiqat İnstitutu

* Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Canlı Sistemlərin Tədqiqi İnstitutu
Sizi, I Milli Leyşmanioz Konfransının iştirakçısı olmağa, elmi bilik və təcrübə mübadiləsinə qoşulmağa dəvət edirik.

 

Qeydiyyat və ətraflı məlumat üçün:
+994 77 591 94 91
+994 70 541 21 44

 

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
DİM-lərə töhfə: ATU-da tibb kolleclərinin müəllimləri üçün müasir klinik tədris yanaşmaları müzakirə olunub