ATU ali təhsil sərgisini uğurla başa vurdu
02.08.2026 11:28

Azərbaycan Tibb Universiteti (ATU) Dövlət İmtahan Mərkəzinin (DİM) təşkilatçılığı ilə keçirilən ali təhsil müəssisələrinin sərgisində iştirakını uğurla başa çatdırıb. 
 

ATU-dan Aztibb.az-a bildirilib ki, üç gün davam edən sərgi ərzində ATU-nun stendi çoxsaylı abituriyent və valideyn tərəfindən ziyarət olunub. Universitetin əməkdaşları ziyarətçilərə ATU-da həyata keçirilən tədris prosesi, ixtisas seçimi, qəbul qaydaları, tələbələr üçün yaradılan təhsil və klinik təcrübə imkanları, beynəlxalq əlaqələr, mübadilə proqramları və zəngin maddi-texniki baza haqqında ətraflı məlumat veriblər. Eyni zamanda, iştirakçıları maraqlandıran suallar cavablandırılıb, onların gələcək peşə seçimində düzgün qərar vermələrinə dəstək göstərilib. 

ATU-nun sərgidə iştirakı universitetin təhsil imkanlarının geniş auditoriyaya təqdim edilməsi, gələcək tələbələrlə birbaşa ünsiyyətin qurulması və tibb təhsilinə maraq göstərən gənclərin məlumatlandırılması baxımından uğurlu nəticələrlə yadda qalıb.

 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Azərbaycan və Türkiyə şirkətləri səhiyyə menecmenti sahəsində əməkdaşlığa başlayır
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
“Gənc Tibb İşçilərinin Konfransı” layihəsi Qərb bölgəsində davam etdirilib
Ümumdünya Ağciyər Gününə həsr olunmuş ÖDƏNİŞSİZ MÜAYİNƏ AKSİYASI
Abbas Səhhət adına xəstəxananın tibb bacısı vəfat edib
Sabunçu Gənclər Evində “Sülh aylığı” çərçivəsində tədbir keçirilib
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-nin “Telesəhər” proqramına müsahibə verib
Ümumdünya Ürək Gününə həsr olunmuş seminar və “Minimal İnvaziv Mitral Qapaq Təmiri” kursu keçiriləcək
Naxçıvanda orta tibb işçiləri üçün keçirilən sertifikasiya imtahanının nəticələri açıqlanıb
Bakı Sağlamlıq Mərkəzinin həkimləri Norveçdə beynəlxalq tədbirdə iştirak ediblər  
Mərkəzi Gömrük Hospitalında təlim: “Xəstəxana üzrə kağızsız məlumat mübadiləsi”
İki yeni mütəxəssis Elmi-Tədqiqat Kardiologiya İnstitutunda fəaliyyətə başlayıb
 Gəncə Şəhər Birləşmiş Xəstəxanasının bir qrup əməkdaşı “Gənc Tibb İşçilərinin Konfransı” layihəsində iştirak edib   
ADHTİ ilə “Azena Creative Agency” arasında tərəfdaşlıq əlaqələri qurulub