Elm, innovasiya və gələcəyin tibbi bir arada!  
01.08.2026 09:42

23–24 oktyabr 2026-cı il tarixlərində keçiriləcək I Milli Leyşmanioz Konfransı ölkənin aparıcı alimlərini, həkimlərini, laboratoriya mütəxəssislərini, tədqiqatçılarını və səhiyyə sahəsinin nümayəndələrini bir araya gətirəcək.

 

Aztibb.az xəbər verir ki, konfransın məqsədi dünyanın və ölkəmizin ictimai sağlamlıq problemlərindən biri olan leyşmaniozun diaqnostikası, müalicəsi epidemiologiyası və profilaktikası sahəsində mövcud problemləri ortaya qoymaq və eləcə də son illərdə leyşmaniyaya qarşı biotexnologiya nanotexnologiya və sünii intellekte əsaslı yeni multidissiplinar yanaşmaları müzakirə etməkdir.

 
Proqram


23 oktyabr -Praktik Workshop


24 oktyabr -Elmi Konfrans


Konfrans çərçivəsində leyşmaniozun epidemiologiyası və müasir vəziyyəti, leyşmaniozun müasir laborator diaqnostikası, leyşmaniozda klinik yanaşmalar və innovativ müalicə strategiyaları, vektor və heyvan rezervuarlarının monitorinqi və nəzarəti, eləcə də “Vahid Sağlamlıq (One Health)” yanaşmasının leyşmaniozla mübarizədə rolu istiqamətlər üzrə elmi müzakirələr aparılacaq



Tədbirin təşkilatçıları


Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi V. Y.Axundov adına Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutu


Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Baytarlıq Elmi-Tədqiqat İnstitutu

 

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Canlı Sistemlərin Tədqiqi İnstitutu

I Milli Leyşmanioz Konfransının iştirakçısı olmaq, elmi bilik və təcrübə mübadiləsinə qoşulmaq istəyənlər müraciət edə bilər:

Qeydiyyat və ətraflı məlumat üçün:

+994 77 591 94 91
+994 70 541 21 44

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Azərbaycan və Türkiyə şirkətləri səhiyyə menecmenti sahəsində əməkdaşlığa başlayır
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
“Gənc Tibb İşçilərinin Konfransı” layihəsi Qərb bölgəsində davam etdirilib
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu işçi qəbulu elan edir
Bakı Sağlamlıq Mərkəzi tərəfindən Daşkəsəndə tibbi aksiya keçirilib 
Ümumdünya Ağciyər Gününə həsr olunmuş ÖDƏNİŞSİZ MÜAYİNƏ AKSİYASI
Abbas Səhhət adına xəstəxananın tibb bacısı vəfat edib
Sabunçu Gənclər Evində “Sülh aylığı” çərçivəsində tədbir keçirilib
Mərkəzi Gömrük Hospitalında təlim: “Xəstəxana üzrə kağızsız məlumat mübadiləsi”
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-nin “Telesəhər” proqramına müsahibə verib
Bakı Sağlamlıq Mərkəzinin həkimləri Norveçdə beynəlxalq tədbirdə iştirak ediblər  
İki yeni mütəxəssis Elmi-Tədqiqat Kardiologiya İnstitutunda fəaliyyətə başlayıb
Naxçıvanda orta tibb işçiləri üçün keçirilən sertifikasiya imtahanının nəticələri açıqlanıb
ADHTİ ilə “Azena Creative Agency” arasında tərəfdaşlıq əlaqələri qurulub
Ümumdünya Ürək Gününə həsr olunmuş seminar və “Minimal İnvaziv Mitral Qapaq Təmiri” kursu keçiriləcək