Süni intellekt “xəstələnəcək”, həkimlər isə onu xilas etməyə çalışacaq 
16.07.2026 17:17

Süni intellekt artıq bir çox sahədə olduqca geniş istifadə edilir. Belə sahələrdən biri də tibbdir. Belə ki, Tibbi təhsildə simulyasiya texnologiyalarının tətbiqi bu gün artıq real çağırışdır. Belə ki, Yeni Klinikada Simulyasiya və Təlim Mərkəzi yaradılıb.  Belə ki, süni intellekt həkimlərə təlim keçəcək. Süni intellekt əsaslı simulyasiya sistemləri həkimlərə pasiyentə zərər vermədən mürəkkəb tibbi ssenarilər üzərində praktiki məşq etməyə, səhvləri dərhal müəyyənləşdirməyə və qərarvermə bacarıqlarını təkmilləşdirməyə imkan verir.

 

Məsələ ilə bağlı açıqlama verən Milli Məclisin deputatı Pərvanə Vəliyeva bildirib ki, səhiyyənin gələcəyi, ilk növbədə, yüksək hazırlıqlı və peşəkar tibb mütəxəssislərindən asılıdır:

 

“Məhz bu baxımdan Tibbi-tədris və Simulyasiya Mərkəzi mühüm rol oynayacaq. Müasir tibb son dərəcə sürətlə inkişaf edir. Yeni texnologiyalar və yeni çağırışlar tibbi yardımın yeni yanaşmalarını davamlı öyrənməyi və peşəkar bacarıqların daim təkmilləşdirilməsini tələb edir”.

 

Deputat qeyd edib ki, müasir tibbi təhsil artıq yalnız nəzəri biliklərlə məhdudlaşa bilməz:

 

"Tibb mütəxəssisləri mürəkkəb klinik ssenariləri təhlükəsiz mühitdə təcrübədən keçirməli, komanda işi və qərarvermə bacarıqlarını inkişaf etdirməlidirlər. Tibbi-tədris və Simulyasiya Mərkəzi məhz bu məqsədlə yaradılıb. Mərkəzdə yaradılan texnologiyalarla tibb kadrları həm gündəlik, həm də fövqəladə hallara hazırlaşa, ünsiyyət və komanda işi bacarıqlarını təkmilləşdirə, ən əsası isə pasiyentlərin təhlükəsizliyini riskə atmadan real həyatda qarşılaşa biləcəkləri vəziyyətlərə hazırlaşa biləcəklər”.

 

P.Vəliyevanın sözlərinə görə, süni intellekt əsaslı simulyasiya təlimləri imitasiya edilmiş insan bədənləri, sensorlar və xüsusi proqram təminatı vasitəsilə həyata keçirilir:

 

"Proqram təminatında infarkt, travma, doğuş fəsadları və anafilaksiya kimi mürəkkəb klinik ssenarilər qurulur. Geribildirim sistemi vasitəsilə müdaxilənin düzgünlüyü qiymətləndirilir. Əgər təlim keçən şəxs düzgün müdaxilə edirsə, proqram “xəstənin” vəziyyətinin yaxşılaşdığını göstərir. Səhv edirsə, simulyatorun ürək döyüntüsü zəifləyir, qan təzyiqi aşağı düşür və ya digər reaksiya baş verir. Bu üsul tibb mütəxəssislərinə real pasiyentə zərər vermədən təhlükəsiz mühitdə praktiki təcrübə qazanmağa imkan verir. Eyni mürəkkəb ssenarinin dəfələrlə təkrarlanması bacarıqları möhkəmləndirir və həkimin real vəziyyətlərdə daha sürətli qərar verməsinə kömək edir.Süni intellekt dərhal qiymətləndirmə verir, səhvi göstərir və alternativ həll təklif edir”.

 

Deputat qeyd edib ki, artıq dünyanın bir çox tibb universitetlərində, eləcə də neft-qaz sənayesində təcili yardım təlimləri zamanı bu tip simulyatorlardan istifadə olunur:

 

"Təkmilləşdirilən hər bir bacarıq və sınaqdan keçirilən hər bir ssenari daha təhlükəsiz tibbi xidmət və pasiyentlər üçün daha yaxşı nəticələr əldə etmək məqsədi daşıyır. Hazırda Mərkəzdə Təcili və Təxirəsalınmaz Tibbi Yardım modulu fəaliyyət göstərir. Növbəti illərdə isə reanimasiya və intensiv terapiya, doğuş və neonatologiya modullarının da yaradılması planlaşdırılır".

 

Modern.az

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır