Beyin atlası vasitəsilə 200-dən çox beyin hüceyrəsi qrupu və sinir yolu ətraflı şəkildə öyrənilir  
15.07.2026 09:52

Hindistanda fəaliyyət göstərən tədqiqatçılar insan beyin kötüyünün indiyədək hazırlanmış ən detallı üçölçülü atlasını yaradıblar.

 

Aztibb.az BBC-nin məlumatına istinadən yazır ki, Hindistanın Sudha Gopalakrishnan Beyin Mərkəzinin (SGBC) alimləri insan beyin kötüyünün neyrokimyəvi xarakterizasiya atlasının (ANCHOR) hazırlanması üzrə genişmiqyaslı tədqiqat aparıblar.

 

Layihə çərçivəsində 20 alim 18 ay ərzində beynin 200-dən çox kəsiyini tədqiq edib. Maqnit-rezonans tomoqrafiyası (MRT) görüntüləri mikroskopik anatomiyanın üçölçülü rekonstruksiyası ilə birləşdirilərək vahid rəqəmsal atlas hazırlanıb.

 

Tədqiqat zamanı döl, uşaq və yetkin insan beyinlərinə aid 500-dən çox toxuma nümunəsi bir araya gətirilərək insan beyin kötüyünün dünyada ən ətraflı 3D atlası yaradılıb.

 

Hazırlanan rəqəmsal atlas sayəsində həm beynin ümumi quruluşunu, həm də ayrı-ayrı sinir hüceyrələrini yüksək dəqiqliklə araşdırmaq mümkündür. Atlas vasitəsilə 200-dən çox beyin hüceyrəsi qrupu və sinir yolu ətraflı şəkildə öyrənilə bilir.

 

Beyni onurğa beyni ilə birləşdirən, tənəffüs, ürək fəaliyyəti, yuxu, oyaqlıq və hərəkət funksiyalarını tənzimləyən beyin kötüyünün bu səviyyədə xəritələndirilməsi Alzheimer, Parkinson xəstəliyi və insult kimi nevroloji xəstəliklərin mexanizmlərinin daha dərindən öyrənilməsinə və gələcəkdə yeni diaqnostik və müalicə yanaşmalarının inkişafına töhfə verə bilər.

 

Tədqiqatın nəticələri "BioRxiv" elmi platformasında dərc olunub.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev