Səhiyyə Nazirliyi və QHT Agentliyi qrant müsabiqəsi elan edəcək
14.07.2026 12:55

QİÇS, vərəm və malyariya ilə mübarizə üzrə Qlobal Fondun Azərbaycana ayırdığı maliyyə çərçivəsində yaxın günlərdə Səhiyyə Nazirliyinin və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin QHT-lər üçün birlikdə qrant müsabiqəsi elan olunacaq.

 

Nazirlikdən Aztibb.az-a verilən məlumata görə, müsabiqə üzrə QHT-lərin layihə təkliflərinə dair sənədlərin qəbulu 1 ay davam edəcək. Sənəd qəbulu bitdikdən sonra QHT-lərin təqdim etdiyi layihə təkliflərinə dair sənədlərin ekspertizası aparılacaq, layihələr təhlil ediləcək, qaliblər müəyyənləşdiriləcək və adları elan olunacaq: “Müsabiqə yalnız böyük qrant növü üzrə aparılacaq. Müsabiqə üzrə qrant məbləğinin aşağı həddi 30 min manat, yuxarı həddi 450 min manat olacaq”, - deyə Ü.Qarayeva əlavə edib.

 

Nizamnamə məqsədlərində səhiyyə və sağlamlıq, zərərli asılılıqlara qarşı mübarizə profili olmayan QHT-lərin layihələri müsabiqəyə buraxılmayacaq. QHT-lərin layihə təklifləri QHT Agentliyinin saytında xüsusi bölmə vasitəsilə elektron qaydada qəbul olunacaq. Şəxsən, poçtla və ya e-poçt vasitəsilə təqdim olunan layihə təkliflərinə dair sənədlər qəbul edilməyəcək: “Biz ilin əvvəlində bildirmişdik ki, bu ildən QHT-lər daha geniş imkanlara və müsabiqələrə çıxış əldə edə biləcək. Yaxın aylarda “bir pəncərə” sistemi üzrə QHT Agentliyinin müxtəlif dövlət qurumları ilə birlikdə müsabiqələrinə də başlanacaq. Hazırda bu istiqamətdə dövlət qurumları ilə müzakirələr aparılır”, - deyə o vurğulayıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
DİM-lərə töhfə: ATU-da tibb kolleclərinin müəllimləri üçün müasir klinik tədris yanaşmaları müzakirə olunub