Qazaxıstanda qan donorları üçün ilk dəfə rəsmi olaraq yeni mükafat təsis olunub
13.07.2026 13:42

Qazaxıstan Respublikası Hökumətinin qərarı ilə qan donorları üçün ilk dəfə rəsmi olaraq yeni mükafat - “Qurmetti donor” (“Fəxri donor”) döş nişanı təsis olunub.

 

Aztibb.az-ın www.nur.kz-ya istinadla xəbərinə görə, təsdiq edilən tələblərə tam cavab verən 481 daimi donor bu fərqlənmə nişanının ilk sahibləri olacaq.

 

Qəbul olunan sənədə əsasən, döş nişanı qanını təmənnasız verən Qazaxıstan vətəndaşlarına, həmçinin əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə təqdim ediləcək. Mükafatı almaq üçün ən azı 40 dəfə qan və trombosit, yaxud minimum 70 dəfə qan plazması donorluğu etmək lazımdır.

 

Bu qərar tarixi ədalətin bərpasına və müntəzəm olaraq insan həyatı xilas edən qazaxıstanlıların əməyinə yüksək qiymət verilməsinə yönəlib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev