Azərbaycanlı müəllim və tələbələrin yer aldığı elmi tədqiqat İspaniyada mükafata layiq görülüb
23.10.2026 11:46

Azərbaycan Tibb Universitetinin (ATU), Yeni Klinikanın və İtaliyanın Bolonya Universitetinin nümayəndələrinin birgə hazırladığı elmi tədqiqat İspaniyanın Barselona şəhərində keçirilən “UEG Week 2026” beynəlxalq konqresində təqdim olunaraq mükafata layiq görülüb. 

 

Bu məlumat Aztibb.az-a ATU-dan verilib.

 

Bildirilib ki, “Rezektabel mədə xərçəngində perioperativ FOLFOX rejimi FLOT rejimindən geri qalmır və neytropeniyanın əhəmiyyətli dərəcədə daha az müşahidə olunması ilə səciyyələnir: propensiti skoruna əsaslanan uyğunlaşdırılmış real klinik məlumatların təhlili” (Perioperative FOLFOX Is Non-Inferior to FLOT With Significantly Less Neutropenia in Resectable Gastric Cancer: A Propensity Score-Matched Real-World Analysis) adlı tədqiqat rezektabel mədə xərçənginin müalicəsində perioperativ FOLFOX və FLOT kimyaterapiya rejimlərini müqayisə edir. Araşdırmada hər iki rejimin müalicə nəticələri, eləcə də neytropeniya kimi hematoloji yan təsirlərin tezliyi qiymətləndirilir. 

 

Tədqiqatın müəllifləri arasında ATU-nun II Müalicə-profilaktika fakültəsinin dekanı, dosent İsrail Məhərrəmbəyli, Yeni Klinikanın uzman cərrahı, doktor Ayxan Abbasov, ATU-nun tələbələri Meysam Ghanbari Saray, Ali Ghorbaniazar, Nicolle Gonzalez, Minhaalu Hassan Ali, Saif Mahran, Mehriban Vəliyeva və Bolonya Universitetinin nümayəndəsi Amirreza Eyvazi yer alırlar. 
ATU-nun tələbəsi və Tələbə Elmi Cəmiyyətinin şura üzvü Meysam Ghanbari Saray “UEG Week 2026” -da tədqiqatla bağlı çıxış edib. 

 

Tədqiqatın beynəlxalq elmi konqresdə mükafata layiq görülməsi müəllif kollektivinin elmi fəaliyyətinin, beynəlxalq əməkdaşlığının və klinik təcrübəyə əsaslanan araşdırmalarının əhəmiyyətini nümayiş etdirir. Araşdırmanın nəticələrinin elmi jurnalda dərc olunması da nəzərdə tutulur. 

 

Bu elmi nailiyyət Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədlərindən 3-cü məqsəd — Sağlamlıq və rifah ilə də əlaqəlidir. Belə ki, xərçəng xəstələrinin müalicəsində istifadə olunan kimyaterapiya rejimlərinin effektivliyinin və yan təsirlərinin müqayisəli qiymətləndirilməsi müalicə yanaşmalarının təkmilləşdirilməsinə, pasiyentlərin təhlükəsizliyinin artırılmasına və sağlamlıq xidmətlərinin keyfiyyətinin yüksəldilməsinə töhfə verə bilər. 

Həzm sistemi xəstəlikləri sahəsində dünyanın müxtəlif ölkələrindən alimləri, klinik mütəxəssisləri və tədqiqatçıları bir araya gətirən “UEG Week” beynəlxalq elmi əməkdaşlıq və bilik mübadiləsi üçün nüfuzlu platformalardan biridir. 

Bu uğur Azərbaycan Tibb Universiteti, Yeni Klinika və Bolonya Universiteti arasında elmi əlaqələrin inkişafına, gənc tədqiqatçıların elmi fəaliyyətə cəlb olunmasına və Azərbaycan alimlərinin beynəlxalq elmi platformalarda təmsilçiliyinin güclənməsinə mühüm töhfə verir.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır