Azərbaycanlı professorun ixtiraları Koreyada medallara layiq görülüb  
16.09.2026 13:48

Azərbaycan Tibb Universitetinin (ATU) I Mamalıq-ginekologiya kafedrasının professoru, tibb elmləri doktoru Nigar Kamilovanın ixtiraları Koreyada keçirilən beynəlxalq sərgidə yüksək qiymətləndirilib. 

 

Aztibb.az-ın xəbərinə görə, “Korea International Women’s Invention Exposition 2026” sərgisində iştirak edən ATU professorunun təqdim etdiyi ixtiralar sərginin medalları ilə təltif olunub. 

 

Professorun innovativ fəaliyyətində mamalıq və perinatal tibbdə rəqəmsal texnologiyalar, süni intellekt və tibbi gerontologiya xüsusi yer tutur. Onun müəllifləri sırasında olduğu PHI™ (Pregnancy Health Index) sistemi hamilə qadın və dölün fasiləsiz monitorinqinə, mümkün ağırlaşmaların erkən aşkarlanmasına və risklərin proqnozlaşdırılmasına yönəlib. Lifemap Human konsepsiyası isə süni intellekt əsasında insanın fərdi rəqəmsal əkizinin yaradılmasını nəzərdə tutur. 

 

N.Kamilovanın həmmüəllifi olduğu “Qadın cinsiyyət orqanlarının iltihabi xəstəliklərinin diaqnostikası üsulu” adlı ixtiraya da Avrasiya patenti verilib. 

Professorun beynəlxalq sərgidə qazandığı mükafatlar və yeni patent onun elmi-innovativ fəaliyyətinin beynəlxalq səviyyədə tanındığını göstərir.

ÇOX OXUNANLAR
Ağcabədidə arı sancması nəticəsində anafilaktik şok keçirən pasiyent sağlamlığına qovuşub
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
                  İnsultdan sonra nitqdə qeyri-adi dəyişiklik - Beyin dil bacarıqlarına təsir edir?                      
 Milli Onkologiya Mərkəzdə Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib   
 Mərkəzi Gömrük Hospitalının Poliklinika şöbəsində geniş spektrli tibbi xidmətlər göstərilir   
30 ildən çox dondurulmuş embriondan doğulan körpə artıq bir yaşındadır
“Qızıl yaşlar” təşəbbüsündə fəallıq göstərən könüllülər təltif olunub
 Respublika Klinik Xəstəxanasında qida borusu törəməsi ilə bağlı uğurlu əməliyyat    
Sinir sistemi sağlamlığı həyat keyfiyyətininin vacib bir hissəsidir
Tədris Cərrahiyyə Klinikasında xəstəyə uğurla laparoskopik xolesistektomiya əməliyyatı icra olunub
 Təcili tibbi yardım briqadasının üzvləri təltif olunublar   
Qaraciyərin 5–6-cı seqmentlərini əhatə edən 15 sm diametrli iri kistanı laparoskopik üsulla aradan qaldırıb
 Ürəyi iki dəfə dayanan şəxsin həyatı xilas edilib   
Şəmkir Rayon Mərkəzi Xəstəxanasında 90 yaşlı pasiyent uğurla əməliyyat olunub
 Ağdərə rayonunun Həsənriz kəndində sakinlər üçün səyyar tibbi xidmət təşkil olunub