Amerikalı alimlər balıq yağı haqqında populyar mifi təkzib etdilər
06.07.2026 12:45

Cənubi Kaliforniya Universitetinin alimləri müəyyən ediblər ki, populyar balıq yağı əlavələrinin yaddaşa faydası və beynin qocalmasını ləngitməsi barədə təsəvvürlər əsassızdır.


Aztibb.az "eBioMedicine" jurnalında dərc olunan məqaləyə istinadən yazır ki, ikiillik klinik araşdırma sübut edib ki, omeqa-3 beyin toxumalarına uğurla daxil olsa da, Altsheymer xəstəliyindən qoruma təmin etmir. 

 

Təkcə amerikalılar hər il balıq yağı tərkibli müxtəlif qida əlavələrinə bir milyard dollardan çox pul xərcləyirlər. Bu cür səxavət, həmin əlavələrin beyin sağlamlığına kömək etdiyinə olan inamla izah olunur. Çox doymamış yağ turşularının idrak (koqnitiv) aparatını yaxşılaşdıran həyati əhəmiyyətli neyron əlaqələrini gücləndirdiyi barədə rəy olduqca geniş yayılıb.

 

Yeni və ciddi araşdırmaya yaşla bağlı demansın (ağıl zəifliyi) inkişafı üzrə genetik olaraq yüksək risk qrupuna daxil olan, yaşları 55 ilə 80 arasında dəyişən 365 yaşlı insan cəlb edilib. Onların yarısına hər gün böyük dozada omeqa-3 (xüsusilə DHA), digər yarısına isə plasebo (təsir qüvvəsi olmayan boş həblər) verilib.

 

Onurğa beyni mayesinin analizi göstərib ki, məhz qida əlavəsini qəbul edən insanların orqanizmində DHA səviyyəsi orta hesabla 17% artıb. Yəni, bu qida maddəsinin hematoensefalik baryeri aşaraq beyindəki lazımi nahiyələrə real olaraq çatması faktı elmi cəhətdən təsdiqlənib.

 

Bununla belə, keçirilən çoxsaylı koqnitiv testlər könüllülərdə hər hansı nəzərəçarpan əqli yaxşılaşma aşkar etməyib. Beynin aparat vasitəsilə skan olunması (MRT) zamanı isə məlum olub ki, balıq yağı yaddaşın formalaşmasında son dərəcə mühüm rol oynayan hippokampın yaşla bağlı fiziki kiçilməsini ləngitmir.

 

Tədqiqatçılar belə bir qənaətə gəliblər ki, orqanizm omeqa-3-ü kimyəvi cəhətdən təcrid olunmuş kapsullar şəklində deyil, balanslaşdırılmış Aralıq dənizi pəhrizinə daxil olan məhsullardan daha yaxşı mənimsəyir. Lakin beynin qocalmasını ləngitmək üçün təkcə bu da kifayət deyil. Pəhrizlə yanaşı, sağlam həyat tərzi, keyfiyyətli yuxu və imkan daxilində idmanla məşğul olmaq mütləqdir.

 

ÇOX OXUNANLAR
Kriminal zəhərlənmələr:mərgümüş və risindən poloniuma və epibatidinə qədər
IV ixtisas qrupu üzrə keçid balları dəyişəcək
Doğuş təcili tibbi yardım avtomobilində həyata keçirilib
Milli Hematologiya və Transfuziologiya Mərkəzində “Aplastik anemiya” mövzusunda seminar keçirilib
Pirallahı Tibb Mərkəzində oftalmoloji xidmətlərin əlçatanlığı genişləndirilir
ATU ailəsinin üzvü Ramal Təbib oğlu: “İnam nə qədər çoxdursa, məqsəd o qədər yaxındır”
Yüksək risk, güclü komanda: uğurla həyata keçirilən qeysəriyyə əməliyyatı
Lerik Rayon Mərkəzi Xəstəxanasında növbəti qanvermə AKSİYASI
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-yə müsahibə verib
2026/2027-ci tədris ili üçün rezidenturaya qəbul olanların NƏZƏRİNƏ!
Milli İdman Tibb və Reabilitasiya İnstitutu pediatr vəzifəsi üzrə həkim axtarır
DİM IV ixtisas qrupu üzrə plan yerlərini elan etdi - 3551 yer ödənişsizdir
Azərbaycanlı həkimlər beynəlxalq arenada yeni uğurlara imza atır
Şahbuz rayonunda tibbi aksiya: 32 nəfər müayinədən keçib
Vətəndaşlara operativ təcili və təxirəsalınmaz tibbi yardım göstərilir