Kolonoskopiya xərçəngin qarşısını necə alır? - Proktoloq izah etdi
21.08.2026 09:26

Kolonoskopiya təkcə xəstəliyi müəyyən edən diaqnostik üsul deyil, həm də onun qarşısını alan güclü profilaktikadır.

 

Aztibbaz xəbər verir ki, ümumi cərrah, cərrah-proktoloq və endoskopist, tibb üzrə fəlsəfə doktoru Anar Əliyevin sözlərinə görə, bağırsaq xərçənglərinin əhəmiyyətli hissəsi əvvəlcə kiçik polip şəklində formalaşır.

 

"Yoğun bağırsaq xərçəngi erkən mərhələdə çox vaxt heç bir əlamət və narahatlıq vermədiyi üçün xəstəliyi vaxtında aşkar etmək həyati əhəmiyyət daşıyır. Müayinə zamanı həkim həmin polipləri ilkin mərhələdə aşkarlayır və elə prosedur əsnasında xaric edərək onların bədxassəli şişə çevrilmə riskini tamamilə aradan qaldırır", - deyə həkim qeyd edib.

 

Ekspert bildirib ki, məhz buna görə vaxtında icra edilən profilaktik kolonoskopiya, xəstəliyin qarşısını birdəfəlik almaq baxımından ən dəyərli və etibarlı addımdır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
DİM-lərə töhfə: ATU-da tibb kolleclərinin müəllimləri üçün müasir klinik tədris yanaşmaları müzakirə olunub