Həkim kataraktla əməliyyatsız mübarizə üsullarını qiymətləndirib
23.08.2026 10:33

Ali kateqoriyalı oftalmoloq-cərrah, professor Arseniy Kojuxov katarakta ilə mübarizə üsullarını qiymətləndirib.

 

Aztibb.az "Arqumentı i faktı" nəşrinə istinadən yazır ki, həkim müsahibəsində bildirib ki, bu xəstəlik göz büllurunun bulanması nəticəsində inkişaf edir və müalicə olunmadıqda tədricən görmənin pisləşməsinə səbəb olur. Göz damcılarının köməyi ilə büllurun şəffaflığını bərpa etmək mümkün deyil: aparılan tədqiqatlar bu cür preparatların kataraktanı müalicə edə və ya onun inkişafını dayandıra bildiyini təsdiqləmir. Onlar yalnız gözləri nəmləndirə və qıcıqlanmanı azalda bilər.

Digər qeyri-cərrahi üsullar da kataraktanı aradan qaldırmır. Xüsusi eynəklər parıltını azaltmağa və kontrastlığı artırmağa, aparat prosedurları isə qan dövranını və toxumaların qidalanmasını yaxşılaşdırmağa kömək edə bilər. Lakin bu üsullar göz büllurunun bulanmasına təsir göstərmir. Mütəxəssis bal və ya aloe şirəsi kimi xalq təbabəti vasitələrini isə nəinki faydasız, həm də infeksiya, yanıq və ya allergik reaksiya riski səbəbindən təhlükəli hesab edir.

Xəstəliyin ilkin mərhələsində, katarakta gündəlik həyata mane olmadığı müddətdə, pasiyentə sadəcə müşahidə və oftalmoloqun mütəmadi müayinəsindən keçmək tövsiyə oluna bilər. Kataraktanın müalicəsinin elmi cəhətdən sübut edilmiş yeganə üsulu isə əməliyyat olaraq qalır. Əməliyyat zamanı bulanmış göz bülluru süni intraokulyar linza ilə əvəz edilir.

Mütəxəssis əməliyyatı uzun müddət təxirə salmağı tövsiyə etmir. Katarakta irəlilədikcə fəsadların, o cümlədən gözdaxili mayenin axınının pozulması və qlaukomanın inkişafı riskləri artır. Bundan əlavə, kataraktanı erkən mərhələlərdə, xəstəlik irəliləmədən əvvəl aradan qaldırmaq daha asan və təhlükəsizdir.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
DİM-lərə töhfə: ATU-da tibb kolleclərinin müəllimləri üçün müasir klinik tədris yanaşmaları müzakirə olunub