Şəkərli içkilər mədə xərçəngi riskini artıra bilər - İki tədqiqatın nəticələri
21.08.2026 10:13

ABŞ-da aparılan yeni araşdırma şəkərli içkilərin müntəzəm istehlakı ilə mədə xərçəngi arasında əhəmiyyətli əlaqə olduğunu ortaya qoyub. Gündə ən azı bir porsiya şəkərli içki qəbul edən şəxslərdə mədə xərçənginə tutulma ehtimalı belə içkilərdən istifadə etməyənlərlə müqayisədə təxminən 2,45 dəfə yüksək olub.

Aztibb.az “Gastro Hep Advances” jurnalında dərc olunan məqaləyə istinadən yazır ki, bununla bağlı araşdırma "Massachusetts General Hospital" tərəfindən aparılıb. Tədqiqatın müəllifi, qastroenteroloq Endryu T. Çanın sözlərinə görə, bu, ABŞ əhalisi arasında şəkərli içki istehlakı ilə mədə xərçəngi arasındakı əlaqəni araşdıran ilk tədqiqatdır.

112 mindən çox insan 36 il ərzində izlənilib

Tədqiqatçılar iki genişmiqyaslı araşdırmanın məlumatlarını birləşdirərək 112 284 iştirakçını təhlil ediblər. 1986–2022-ci illəri əhatə edən 36 illik müşahidə dövründə 278 mədə xərçəngi hadisəsi qeydə alınıb.

Risk amilləri nəzərə alındıqdan sonra məlum olub ki, gündə ən azı bir porsiya, yəni təxminən 237 ml qazlı içki, meyvə şirəsi və ya idman içkisi qəbul edənlərdə mədə xərçəngi riski iki dəfədən çox yüksəkdir. Risk artımı kişilərdə təxminən iki dəfə, qadınlarda isə üç dəfəyə yaxın olub.

Tədqiqat zamanı süni dadlandırıcılarla şirinləşdirilmiş içkilərlə mədə xərçəngi arasında isə əlaqə aşkarlanmayıb.

Səbəb-nəticə əlaqəsi hələ sübut edilməyib

Mütəxəssislər bildirirlər ki, müşahidə xarakterli tədqiqatlar səbəb-nəticə əlaqəsini sübut etmir. Buna görə şəkərli içkilərin birbaşa mədə xərçənginə səbəb olduğunu demək hələ mümkün deyil. Bununla belə, əldə olunan nəticələr bu iki amil arasında güclü əlaqənin olduğunu göstərir.

Tədqiqatçılar şəkərli içkilərin mümkün təsir mexanizmləri arasında çəki artımı, insulin müqaviməti, steroid hormonlarının balansının pozulması, iltihab, DNT zədələnməsi və bağırsaq mikrobiotasında dəyişiklikləri nəzərdən keçirirlər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
DİM-lərə töhfə: ATU-da tibb kolleclərinin müəllimləri üçün müasir klinik tədris yanaşmaları müzakirə olunub