Reflüksdən əziyyət çəkənlər necə yatmalıdır? – Həkimdən vacib tövsiyə
23.08.2026 08:27

Gecə saatlarında artan qıcqırma, ağızda yaranan turş dad və mədə möhtəviyyatının yuxarı qalxması yuxu keyfiyyətini kəskin şəkildə aşağı salır.

 

Aztibb.az xəbər verir ki, qastroenteroloq-endoskopist Dr. Rəfael Həsənovun sözlərinə görə, bu cür narahatlıqların qarşısını almaq üçün xəstələrin gecə yatış pozisiyasına xüsusi diqqət yetirməsi vacibdir.

Həkim bildirir ki, reflüks zamanı ən uyğun vəziyyət sol tərəfi üstə yatmaqdır, çünki bu duruş mədə turşusunun yemək borusuna qalxmasının qarşısını alır və gecə yaranan şikayətləri minimuma endirir. Əksinə, xüsusilə yatmazdan əvvəl qida qəbul edildikdə arxasıüstə yatmaq mədə möhtəviyyatının asanlıqla geri qayıtmasına və əlamətlərin daha da şiddətlənməsinə səbəb olur.

Bu səbəbdən reflüksdən qorunmaq, sağlam həzm və rahat yuxu təmin etmək üçün gecələr sol tərəfə yatmaq vərdiş halına gətirilməli, yatmazdan əvvəl ağır yeməklərdən uzaq durulmalı və ilkin simptomlara qarşı laqeyd qalınmamalıdır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
DİM-lərə töhfə: ATU-da tibb kolleclərinin müəllimləri üçün müasir klinik tədris yanaşmaları müzakirə olunub