Yaşlanan əhali ilə gələn xroniki xəstəliklər sunamisinin qarşısını almağa hazırıqmı?
03.07.2026 09:19

Dünyanın üzləşdiyi xroniki xəstəliklər mənzərəsi artıq gələcək ssenarisi olmaqdan çıxıb bir reallığa çevrilib. Bu xəstəliklər dalğa-dalğa böyüyərkən, tarixin ən sürətli yaşlanma prosesini keçirməyimiz onsuz da böyük olan səhiyyə və sosial qulluq yükünün daha da artmasına səbəb olur.

 

Aztbb.az “Panet today” nəşrinə istinadən yazır ki, 40 yaşlı bir fərdin orta hesabla bir xroniki xəstəliyi olduğu halda, 75 yaşlı bir insan çox vaxt eyni anda üç, dörd, hətta beş xroniki xəstəliklə mübarizə aparır. İndi yaşlanan əhalinin gətirəcəyi xroniki xəstəliklər sunamisinə hazırıqmı?" sualını verməyin vaxtıdır. Ekspertlər hesab edirlər ki, səhiyyə sistemimiz qətiyyətli şəkildə profilaktik (önləyici) modelə keçə bilməsə, təhlükə daha da böyüyəcək.


Xroniki xəstəlik dalğası nə bir təbii fəlakət kimi qəfildən gəlir, nə də tək bir səhiyyə müəssisəsinin imkanları daxilində nəzarət altına alına bilir. Əksinə, bunun cəmiyyətin həyat tərzinə, qidalanma vərdişlərinə, urbanizasiya dinamikasına və səhiyyə sisteminin prioritetlərinə nüfuz etmiş səssiz bir transformasiya olduğuna diqqət çəkilir. Qocalıq dövründə rəsmi qeydə alınan bir çox xəstəlik, əslində, gənclik və orta yaş dövrlərində başlayan risklərin nəticəsi kimi ortaya çıxır.

Yaşlanma prosesini dayandırmaq mümkün olmasa da, yaşlanmanın sağlamlığa təsirlərini idarə etmək mümkündür. Bunun yolu isə xəstəlik aşkar olunduqdan sonra onu müalicə etməkdən deyil, hələ yaranmadan qarşısını almaqdan keçir. Arterial hipertenziyanın erkən diaqnostikası, şəkərli diabetin profilaktikası, piylənmə ilə mübarizə, tütünasılılıqdan imtina, fiziki aktivliyin artırılması və skrininq proqramlarının (xərçəng müayinələrinin) yayılması yalnız güclü ailə həkimliyi təcrübəsi və ilkin səhiyyə xidməti sistemi ilə reallaşa bilər.


Əksər ölkələrdə ürək-damar sistemi xəstəlikləri ümumi ölüm halları arasında birinci yerdədir və bu itkilərin əhəmiyyətli bir hissəsini miokard infarktı və insult təşkil edir. Hər il yüz minlərlə insan, əslində illər əvvəl başlamış, lakin vaxtında aşkarlanmamış və ya kifayət qədər nəzarət altına alınmamış hipertenziya, diabet və metabolik sindromun fəsadları səbəbindən həyatını itirir. Bu vəziyyət xroniki xəstəliklərin səssiz irəliləyişinin ən dramatik göstəricisi hesab olunur. Arterial hipertenziya, diabet və piylənmə kimi risk faktorları çox vaxt simptomsuz başlayaraq illər ərzində damar sistemini, ürəyi, böyrəkləri və beyni hədəf alır, geridönməz fəsadlar törədir.

Yaşlı və yetkin əhalində arterial hipertenziya və diabetin yayılma göstəricisi artır. Piylənmənin isə getdikcə dərinləşən bir xalq sağlığı böhranına çevrildiyi və xüsusilə qadınlar arasında daha yüksək həddə çatdığı vurğulanır.


Hipertenziya, diabet və piylənmə bir arada olduqda vahid bir xəstəlik qrupunu təşkil edir və tibbdə “Metabolik Pozulma Spektrumu” adlanır. Bu spektrum təkcə fərdi sağlamlıq problemlərini deyil, eyni zamanda səhiyyə sisteminin dayanıqlılığını və maliyyə effektivliyini də birbaşa təhdid edən bir struktura çevrilir.

Təkcə ürək-damar xəstəliklərindən ildə təxminən yarım milyon insan dünyasını dəyişir. Bu mənzərəyə diabet, piylənmə və hipertenziya da əlavə olunduqda, ümumi fəsadların qat-qat ağır olur.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev