ATU ilə Nişantaşı Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb
20.11.2020 15:22

Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, professor Gəray Gəraybəyli Türkiyənin Nişantaşı Universitetinin rektoru, professor Şenay Yalçın və rektorun müşaviri Sibel Baykutla görüşüb.

 

Görüşdə Azərbaycan-Türkiyə qardaşlığının sarsılmaz olduğuna diqqət çəkən G.Gəraybəyli Vətən müharibəsi zamanı Türkiyənin Azərbaycana əsl qardaşlıq nümunəsi göstərməsi, daima mənəvi dəstək olduğunu vurğulayıb.

 

Rektor son illər ölkəmizdə elmin, təhsilin və səhiyyənin inkişafından, o cümlədən ATU-nun fəaliyyəti və beynəlxalq əlaqələrindən bəhs edib. G.Gəraybəyli ATU-nun Türkiyənin 23 universiteti ilə əməkdaşlıq etdiyini bildirib. O, Nişantaşı Universiteti ilə əlaqələrdən də danışaraq, birgə fəaliyyətin davam etdiriləcəyini vurğulayıb.

 

Sonra çıxış edən professor Şenay Yalçın ölkələrimiz arasında siyasi, iqtisadi, təhsil, mədəniyyət və digər sahələrdə əlaqələrin inkişaf etdiyini söyləyib. O, təmsil etdiyi qurumun fəaliyyəti barədə ətraflı məlumat verərək, Nişantaşı Universitetində 112-ə yaxın fərqli diplom proqramlarının olduğunu bildirib. Qeyd edib ki, universitetdə mühəndislik, memarlıq, iqtisadiyyatla yanaşı, əczaçılıq, diş həkimliyi, tibb fakültələri, fizoterapiya, qidalanma və digər proqramlar mövcuddur. Bu ildən isə tibb bacısı ixtisası üzrə təhsilə start verilir.

 

Görüşdə ATU ilə Nişantaşı Universiteti arasında əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb. Türk dünyası universitetlərinin əməkdaşlığının genişləndirilməsi, perspektivləri müzakirə olunub.

 

Sonda tərəflər arasında əməkdaşlıq memorandumu imzalanıb.‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬

 

Sənəddə müştərək layihələr, tələbə mübadilə proqramlarda iştirak, beynəlxalq standartlara uyğun tədrisin təmini üçün birgə təlimlərin təşkili və digər məsələlərlə bağlı fəaliyyətlər nəzərdə tutulub.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır