ATU İtaliyanın Bolonya şəhərində 60-dan çox ölkənin qatıldığı beynəlxalq konqresdə təmsil olunub
04.07.2026 14:10

Azərbaycan Tibb Universiteti (ATU) İtaliyanın Bolonya şəhərində keçirilmiş “Beynəlxalq Uşaq Tənəffüs Xəstəlikləri Cəmiyyəti-2026” (“International Society of Paediatric Respiratory Diseases” (INSPiRED) adlı beynəlxalq konqresdə təmsil olunub. 

 

ATU-dan Aztibb.az-a verilən məlumata görə, uşaqlarda tənəffüs sağlamlığının inkişafına həsr olunmuş qlobal, çoxsahəli şəbəkə olan INSPiRED əməkdaşlıq, təhsil və bərabərlik prinsipləri üzərində qurularaq, uşaq pulmonoloqları, tədqiqatçıları, müttəfiq səhiyyə mütəxəssisləri və siyasətçiləri bir araya gətirir. 

 

2026-cı ildə də inklüzivlik və qlobal bərabərliyi dəstəkləyən konqres uşaq ağciyər xəstəlikləri ilə bağlı elm, klinik qayğı və ictimai səhiyyə sahəsindəki ən son nailiyyətləri bölüşmək üçün dinamik bir platforma rolunu oynayıb. 

 

60-dan çox ölkədən 700-dən artıq nümayəndənin qatıldığı, eyni zamanda elmi mübadilə, potensialın artırılması və əməkdaşlıq tədqiqatlarının gücləndirilməsinə hədəflənən konqresdə ATU-nun Tibb və sağlamlıq elmləri təhsili kafedrasının baş müəllimi, II Müalicə Profilaktika fakültəsinin dekan müavini Bənövşə Hüseynova iştirak edib. 

 

O, qlobal tədbirdə “Impact of Modifiable Risk Factors on Disease Severity in Pediatric Respiratory Tract Diseases” və “ Clinical Misconceptions in Pediatric Airway Management: A Gap Analysis of Medical Students BLS Competency” adlı iki poster təqdimatı ilə iştirak edib. İzləyicilər tərəfindən maraqla qarşılanan təqdimatla bağlı ATU mütəxəssisinə ünvanlanan suallar ətraflı cavablandırılıb.  

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub