B3 vitamini aqressiv beyin xərçənginin müalicəsində ümidverici nəticələr göstərib
26.06.2026 08:04

Kanadanın Kalqari Universitetinin alimləri tərəfindən aparılan  yeni araşdırma göstərib ki, B3 vitamini (niasin) yüksək dozada istifadə edildikdə qlioblastomanın müalicəsində ümidverici nəticələr verə bilər.

Aztibb.az "Journal of Neuro-Oncology" jurnalında dərc olunan tədqiqata istinadən xəbər verir ki, qlioblastoma böyüklərdə rast gəlinən ən aqressiv bədxassəli beyin şişlərindən biri hesab olunur və müalicə zamanı xəstələrə adətən cərrahi əməliyyat, ardınca isə kimya və şüa terapiyası tətbiq edilir. Buna baxmayaraq, xəstəlik əksər hallarda yenidən inkişaf edir. Mütəxəssislərin məlumatına görə, diaqnoz qoyulduqdan sonra xəstələrin orta yaşam müddəti təxminən 15 ay təşkil edir.

Tədqiqat müəllifləri şiş hüceyrələrinin özlərini qorumaq üçün fəaliyyətini zəiflətdiyi immun hüceyrələrini yenidən aktivləşdirməyin yollarını araşdırırlar. Daha əvvəl heyvanlar üzərində aparılan eksperimentlər göstərmişdi ki, niasin bu immun hüceyrələrinin fəaliyyətini bərpa edə bilir.

Klinik sınaqda ilk dəfə qlioblastoma diaqnozu qoyulmuş 24 xəstə iştirak edib. Onlara standart kimya-şüa terapiyası ilə yanaşı, tədricən təsir göstərən niasin preparatı verilib.

Alimlər əvvəlcədən müəyyən etmişdilər ki, əgər altı ay sonra xəstələrin 20 faizindən azında xəstəliyin irəliləməsinin qarşısı alınarsa, tədqiqat dayandırılacaq. Lakin əldə olunan nəticələr gözləntiləri xeyli üstələyib. Belə ki, iştirakçıların 82 faizində altı ay ərzində şişin irəliləməsi müşahidə olunmayıb.

Bununla belə, tədqiqatçılar xəbərdarlıq edirlər ki, yüksək dozada niasinin həkim nəzarəti olmadan qəbul edilməsi təhlükəli ola bilər. Bu vitaminin yüksək dozaları toksik təsir göstərə və ciddi yan təsirlərə səbəb ola bilər.

Hazırda tədqiqat davam edir. Alimlər ümumilikdə 48 xəstənin sınağa cəlb olunmasını planlaşdırırlar. Araşdırmanın yekun nəticələrinin 2026-cı ilin sonu və ya 2027-ci ilin əvvəlində açıqlanacağı gözlənilir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır