“Dislipidemiyada doğru yanaşma: həkim üçün praktiki bələdçi” mövzusunda master-klass keçiriləcək  
22.06.2026 14:58
25 iyun 2026-cı il tarixində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin və Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı, Novartis şirkətinin dəstəyi ilə “Dislipidemiyada doğru yanaşma: həkim üçün praktiki bələdçi” mövzusunda master-klass keçiriləcək.
 
Mərkəzi Gömrük Hospitalından Aztibb.az-a bildirilib ki, master klassda İnci Klinikasının Baş həkimi Fuad Səmədov “Dislipidemiyanın mövcud müalicəsinin effektivliyinin monitorinqi: klinik icmal” mövzusunda məruzə ilə çıxış edəcək. Master klass zamanı qrup işləri və müzakirələr baş tutacaq.
 
Tədbir proqrama uyğun olaraq kardioloq, kardiocərrah, endokrinoloq və terapevt ixtisasına malik həkim və rezidentlər üçün nəzərdə tutulmuşdur. Master klassı uğurla yekunlaşdıran hər bir həkim 3 DTT krediti əldə edəcək.
 
Yerlər məhdud olduğu üçün qeydiyyatdan keçmək MÜTLƏQDİR!
 
Tədbirdə iştirak ödənişsizdir. Hərkəs tədbirdə iştirak üçün dəvətlidir!
 
 
Proqramla tanış olmaq üçün keçid: https://customshospital.az/dislipidemiyada-dogru.../...
Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
DİM-lərə töhfə: ATU-da tibb kolleclərinin müəllimləri üçün müasir klinik tədris yanaşmaları müzakirə olunub