Çağırışçıların yekun tibbi müayinələri hansı kateqoriyalar üzrə aparılır?  
17.06.2026 12:44

Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi zamanı onlardan sıradankənar həqiqi hərbi xidmətə yararlılıq haqqında (“B” kateqoriyası), sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab edilməklə çağırışa möhlət verilməsi haqqında (“Ç” kateqoriyası), dinc dövrdə həqiqi hərbi xidmətə yararsızlıq, müharibə dövründə məhdud yararlılıq haqqında (“C” kateqoriyası), həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızlıq haqqında (“D” kateqoriyası) rəy verilmiş çağırışçılar yekun tibbi müayinəyə cəlb edilirlər.

 

Bu barədə Aztibb.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

 

Bildirilib ki, bu müayinələr nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Tibbi Qiymətləndirmə Mərkəzində aparılır.

 

Mərkəz ən son müasir tibbi avadanlıqlarla təchiz edilib. Bu avadanlıqlardan istifadə olunmaqla ixtisaslaşmış peşəkar həkim heyəti tərəfindən qeyd edilən çağırışçıların qanın ümumi və biokimyəvi analizi, oftalmoloji, audiometriya, bera testi, spirometriya, ultrasəs müayinələri, elektroensefaloqrafiya, exokardioqrafiya, elektromioqrafiya, rentgen, qastroskopiya, stomatoloji müayinələri həyata keçirilir.

 

Yekun tibbi müayinələr nəticəsində çağırışçıya dair göndərişdəki yararsızlıq səbəbi eyni kateqoriya və ya fərqli kateqoriya üzrə təsdiqlənir, yaxud da göndərişdəki yararsızlıq səbəbi heç bir kateqoriya üzrə təsdiqini tapmır.

 

Bununla bağlı qəbul olunmuş qərar elektron sistemə daxil edilir. Çağırışçı həmin qərarla bağlı e-qaydada məlumatlandırılır.

 

Qeyd edək ki, müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi zamanı yekun tibbi müayinələr 2024-cü ilin iyulun 1-dən agentlik tərəfindən həyata keçirilir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
DİM-lərə töhfə: ATU-da tibb kolleclərinin müəllimləri üçün müasir klinik tədris yanaşmaları müzakirə olunub