Azərbaycanda ilk aptek harada yaradılıb?
16.06.2026 11:29

“Aptek” sözü yunan mənşəli apotheke – “anbar”, “saxlama otağı” sözündən yara­­nıb. Hələ qədim zamanlarda əsil-nəca­­bətli şəxslərin saraylarında ev aptek­­ləri mövcud idi, sadə adamları isə ara həkimləri müalicə edirdi, bacar­dıqları qədər “bütün xəstəliklərdən” sağaldan iksirlər hazırlayırdı. Monastır­lar yanındakı xəstəxanalarda da dərman hazırlamaq üçün xüsusi otaqlar nəzərdə tutulurdu. Dünyada qeydiyyata alınmış ilk aptek VIII əsrdə Ərəb xəlifətinin paytaxtı Bağdad şəhərində açılmışdır. Xeyli sonralar, XI əsrdə apteklər İspaniyada, sonra bir çox Avropa şəhərlərində yaradıldı.

Dünyada ilk qeydiyyatdan keçmiş aptek XIII əsrdə Ərəb xilafətinin paytaxtı Bağdadda açılıb. Çox sonralar, XI əsrdə, monastırların və monastır ordenlərinin çiçəklənmə dövründə İspaniyada, sonra isə bir çox Avropa şəhərlərində fəaliyyətə başlayıb. O zamanlar rahiblər dərman hazırlamaqla məşğul olurdular və həmin dərmanları xəstələrə pulsuz paylayırdılar. XII əsrdə Solernodakı tibb məktəbi fəal inkişaf etməyə başladı, bu da ilk şəhər apteklərinin açılması üçün stimul oldu.

 

XIX əsrin əvvəllərində Salyan qəzasının, indiki Neftçala rayonunun Tatarməhlə kəndi ərazisində fəaliyyət göstərən “Allah mədəni” adlanan məşhur balıqçılıq müəssisəsi yandıqdan sonra 1841-ci ildə vətəgələr xəstəxana, inzibati idarə və yaşayış sahələri ilə birlikdə  Bankəyə  köçürülür. O vaxtlar yayılmış vəba, taun kimi xəstəliklərin balıqçılar arasında yayılmasının qarşısını almaq üçün zəruri tədbirlər görülür. Bunun nəticəsində, Azərbaycanda ilk aptek 1850-ci ildə Salyan qəzasında, indiki Neftçala rayonunun Bankə qəsəbəsində balıqçı gəmisində yaradılıb. 

 

Şəraiti ilə əlaqədar olaraq, sonralar həmin aptek, Bankə balıq vətəgəsinin binasına köçürülüb. Aptek binasınnın ikinci mərtəbəsində 1960-cı ilin əvvəllərinə kimi yaşayış binası kimi də istifadə olunub. 

 

XIX əsrdə Bankənin adı bütün Avropada məşhur idi. Burada zəngin balıq vətəgələri və iri balıqçılıq müəssisəsi vardı. Belə müəssisələrdən birinin sonuncu sahibi də məşhur neft sahibkarı Hacı Zeynalabdin Tağıyev olmuşdur. Belə ki, Bankədə istehsal olunan qara kürünün dadı və şöhrəti hətta Amerikaya qədər yayılıb. Bankə çoxmillətli qəsəbə olub. Burada yerli əhalidən başqa çoxlu sayda cənubi azərbaycanlılar, ruslar, tatarlar, gürcülər və s. millətlərdən olan yüzlərlə muzdlular çalışıb.  

 

"Xalq qəzeti"

ÇOX OXUNANLAR
Kriminal zəhərlənmələr:mərgümüş və risindən poloniuma və epibatidinə qədər
Qobustan RMX-da patronaj xidmətinin təşkili ilə bağlı təlim keçirilib
Üsküdar Universitetinin bir qrup tələbəsi ATU-da kliniki təcrübə proqramını uğurla başa vurub
Təcili tibbi yardım briqadaları doğuş proseslərini uğurla icra edib
Mərkəzi Gömrük Hospitalında AZDAS İB və DAS Derneğinin nümayəndələri ilə görüş keçirilib
Mərkəzi Gömrük Hospitalının travmatoloqu AZTV-yə müsahibə verib
Milli Hematologiya və Transfuziologiya Mərkəzində “Aplastik anemiya” mövzusunda seminar keçirilib
Doğuş təcili tibbi yardım avtomobilində həyata keçirilib
IV ixtisas qrupu üzrə keçid balları dəyişəcək
Naxçıvanın Dırnıs Kənd Ailə Sağlamlıq Mərkəzində tibbi müayinə aksiyası keçirilib
Yüksək risk, güclü komanda: uğurla həyata keçirilən qeysəriyyə əməliyyatı
ATU ailəsinin üzvü Ramal Təbib oğlu: “İnam nə qədər çoxdursa, məqsəd o qədər yaxındır”
Pirallahı Tibb Mərkəzində oftalmoloji xidmətlərin əlçatanlığı genişləndirilir
Lerik Rayon Mərkəzi Xəstəxanasında növbəti qanvermə AKSİYASI
AQTA-nın sədri süd və süd məhsullarının emalı zavodunda olu