Azərbaycan səhiyyəsi süni intellekt dövrünə qədəm qoyur, rəqəmsal infrastruktur gücləndirilir
14.06.2026 08:05

Azərbaycan səhiyyə sistemi süni intellekt texnologiyalarının tətbiqi üzrə formalaşma mərhələsindədir və bu proses rəqəmsal transformasiyanın tərkib hissəsi kimi qiymətləndirilir. Dünyada sürətlə inkişaf edən bu texnologiyalar artıq diaqnostika, xəstəliklərin erkən aşkarlanması, tibbi görüntülərin təhlili və klinik qərarvermənin dəstəklənməsi kimi sahələrdə geniş istifadə olunur.

 

Aztibb.az yerli KİV-ə istinadən yazır ki, Səhiyyə Nazirliyi mətbuat katibi Elvin Hacıyevin sözlərinə görə, ölkədə həyata keçirilən rəqəmsallaşma layihələri süni intellektin tətbiqi üçün mühüm baza formalaşdırır. Onun sözlərinə görə, elektron səhiyyə sistemləri, vahid məlumat platformaları və rəqəmsal xidmətlər böyük həcmdə tibbi məlumatların emalına şərait yaradır.

 

Qurum rəsmisi əlavə edib ki, bu infrastruktur gələcəkdə süni intellekt alqoritmlərinin səhiyyədə daha geniş tətbiqini mümkün edəcək və diaqnostika, proqnozlaşdırma, klinik qərarvermə kimi sahələrdə effektivliyi artıracaq.

 

Eyni zamanda TƏBİB xətti ilə həyata keçirilən layihələr də süni intellektin səhiyyəyə inteqrasiyasını sürətləndirməyə yönəlib. Məqsəd yalnız rəqəmsallaşma deyil, həm də məlumatlara əsaslanan daha ağıllı səhiyyə modelinə keçidin təmin edilməsidir.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır