Nadir əməliyyat xəstəyə ikinci həyat bəxş etdi
13.06.2026 14:51

Türkiyədə 43 yaşlı Aydın Özçəlik 9 ay əvvəl qəfil səhhətinin pisləşməsi nəticəsində aorta damarının cırılması diaqnozu ilə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. İlk əməliyyatdan sonra uzun müddət müalicə alan xəstənin vəziyyəti tam stabilləşmədiyindən ona yenidən mürəkkəb ürək-damar əməliyyatı aparılması zərurəti yaranıb.

Aztibb.az "Medimagazin"ə istinadən yazır ki, Qaziantep Şəhər Xəstəxanasında həyata keçirilən və təxminən 10 saat davam edən əməliyyat zamanı xəstənin aorta qapağı və zədələnmiş damarları bərpa olunub, eyni zamanda 90 santimetr uzunluğunda süni damar implantasiya edilib. Əməliyyatda müasir “Hybrid Frozen Elephant Trunk” texnikasından istifadə olunub.

Ürək-damar cərrahı Yusuf Çorbacıoğlu bildirib ki, xəstədə aortanın ürəyə yaxın hissəsində, beyinə və daxili orqanlara gedən damarlarda ciddi cırılmalar aşkar edilib. Buna görə də aorta kökündən başlayaraq, aorta qapağı da daxil olmaqla demək olar ki, bütün aortanın dəyişdirilməsi zəruri olub. Əməliyyatın bir hissəsi açıq cərrahi üsulla, digər hissəsi isə angioqrafik müdaxilə vasitəsilə icra edilib.

Xəstəxananın baş həkimi Ahmet Uluşan qeyd edib ki, bu əməliyyat regionda ilk dəfə tətbiq edilən mürəkkəb hibrid üsullardan biridir və nəticələri tibbi ədəbiyyata daxil edilə biləcək nadir klinik hallardan sayılır.

Əməliyyatdan sonra sağlamlığına qovuşan Aydın Özçəlik bildirib ki, hipertoniya fonunda baş verən aorta cırılması onun həyatını təhlükə altına salıb. Təkrar əməliyyat zamanı mexaniki ürək qapağı və süni damar yerləşdirilib, boyun damarlarında da bərpaedici müdaxilələr aparılıb. O, hazırda özünü yaxşı hiss etdiyini və həkimlərə minnətdar olduğunu vurğulayıb.

ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Hövsan Sağlamlıq Mərkəzinin baş həkimi təltif olunub
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
ATU-da yeni qəbul olunan rezidentlərlə müqavilələr imzalanıb
Anestezioloq-reanimatoloq Emil Muradov -
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Sabunçu Tibb Mərkəzində təlim:
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Şirvan Mərkəzi Xəstəxanasında hemofiliya ilə bağlı elmi-praktik seminar keçirilib
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
ATU alimlərinin beynəlxalq tədqiqatları dayanıqlı inkişafın qlobal məqsədlərinə töhfə verir
Vərəmlə mübarizədə ilkin səhiyyənin rolu - Şəmkirdə tibb işçiləri üçün maarifləndirici təlim
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib