Beyin travması ilə beyin xərçəngindən ölüm riski arasında əlaqə müəyyən edilib
13.06.2026 10:00

20 mindən çox pasiyentin məlumatlarının təhlili göstərib ki, kəllə-beyin travması keçirmiş şəxslər ümumi əhali ilə müqayisədə beyin xərçəngindən 1,75 dəfə daha çox vəfat edirlər. Tədqiqat ABŞ-ın 20 reabilitasiya mərkəzinin, o cümlədən Spaulding Rehabilitation Hospitalın 1987–2024-cü illəri əhatə edən məlumatlarına əsaslanıb və nəticələr yaş, cins, irq və müşahidə ili üzrə düzəliş edilib.

 

Aztibb.az "Medical Xpress"in məlumatına istinadən yazır ki, tədqiqat kəllə-beyin travmasının beyin xərçəngindən ölüm riskini artırdığını göstərib.

 

"Mass General Brigham"ın "HealthSpan" laboratoriya rəhbəri Daniel Daneşvar bildirib ki, kəllə-beyin travması təkcə kəskin hadisə deyil, uzunmüddətli nevroloji və onkoloji nəticələrə səbəb ola bilər və bu barədə həm həkimlər, həm də pasiyentlər məlumatlı olmalıdır.

 

Ən yüksək risk güllə yarası almış şəxslərdə qeydə alınıb ki, bu qrupda beyin xərçəngindən ölüm riski 14 dəfədən çox yüksək olub. Yüngül ağırlaşmış kəllə-beyin travması olanlarda risk təxminən 4 dəfə artıb, orta və ağır travmalarda isə artım müşahidə olunsa da, statistik baxımdan tam təsdiqlənməyib.

 

Tədqiqatçılar bu əlaqəni travma zamanı yaranan uzunmüddətli neyroiltihab prosesi ilə izah edirlər. Onların fikrincə, nəticələr klinik təlimatların dərhal dəyişdirilməsi üçün kifayət etməsə də, xüsusilə risk qruplarında onkoloji skrininq proqramlarının hazırlanması üçün əsas yaradır.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Hövsan Sağlamlıq Mərkəzinin baş həkimi təltif olunub
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
ATU-da yeni qəbul olunan rezidentlərlə müqavilələr imzalanıb
Anestezioloq-reanimatoloq Emil Muradov -
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Sabunçu Tibb Mərkəzində təlim:
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Şirvan Mərkəzi Xəstəxanasında hemofiliya ilə bağlı elmi-praktik seminar keçirilib
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
ATU alimlərinin beynəlxalq tədqiqatları dayanıqlı inkişafın qlobal məqsədlərinə töhfə verir
Vərəmlə mübarizədə ilkin səhiyyənin rolu - Şəmkirdə tibb işçiləri üçün maarifləndirici təlim
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib