Təcrübəli infeksionist Nəzakət Salmanova vəfat edib
11.06.2026 16:35
Uzun illər Laçın Rayon Mərkəzi Xəstəxanasının İnfeksion xəstəliklər şöbəsinin müdiri vəzifəsində çalışmış həkim-infeksionist Nəzakət Salmanova dünyasını dəyişib.
 
Aztibb.az xəbər verir ki, bu barədə Laçın RMX məlumat yayıb.
 
Məlumatda bildirilir: "Dərin hüznlə bildiririk ki, səhiyyə sahəsində fədakar əməyi, yüksək peşəkarlığı və insanlara göstərdiyi qayğı ilə seçilən, uzun illər Laçın RMX-da çalışmış həkim-infeksionist Nəzakət Salmanova 11 iyun 2026-cı il tarixində vəfat edib.
 
Nəzakət xanım öz zəngin bilik və təcrübəsi, peşəsinə sədaqəti, yüksək mənəvi keyfiyyətləri və insanpərvərliyi ilə həm həmkarlarının, həm də minlərlə pasiyentin dərin hörmət və rəğbətini qazanmışdır.
Bu ağır itki ilə əlaqədar olaraq Laçın Rayon Mərkəzi Xəstəxanasının kollektivi adından direktor müavini - baş həkim Nəcibə İbadovaya əziz anasının vəfatı münasibətilə dərin hüznlə başsağlığı verir, ailəsinə və yaxınlarına səbir diləyirik.
 
Allah rəhmət eləsin, xatirəsi daim qəlblərdə yaşayacaqdır".
ÇOX OXUNANLAR
Azərbaycan və Türkiyə şirkətləri səhiyyə menecmenti sahəsində əməkdaşlığa başlayır
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
“Gənc Tibb İşçilərinin Konfransı” layihəsi Qərb bölgəsində davam etdirilib
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu işçi qəbulu elan edir
Bakı Sağlamlıq Mərkəzi tərəfindən Daşkəsəndə tibbi aksiya keçirilib 
Ümumdünya Ağciyər Gününə həsr olunmuş ÖDƏNİŞSİZ MÜAYİNƏ AKSİYASI
Mərkəzi Gömrük Hospitalında təlim: “Xəstəxana üzrə kağızsız məlumat mübadiləsi”
Abbas Səhhət adına xəstəxananın tibb bacısı vəfat edib
Sabunçu Gənclər Evində “Sülh aylığı” çərçivəsində tədbir keçirilib
 TƏBİB və Koreya Təbabətinin İnkişafı üzrə Milli İnstitutu arasında əməkdaşlıq imkanları müzakirə olunub   
Ümumdünya Ürək Gününə həsr olunmuş seminar və “Minimal İnvaziv Mitral Qapaq Təmiri” kursu keçiriləcək
Bakı Sağlamlıq Mərkəzinin həkimləri Norveçdə beynəlxalq tədbirdə iştirak ediblər  
ATU-da yeni tədris ilinə hazırlıqla bağlı Rektoryanı Şuranın ilk iclası keçirilib
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-nin “Telesəhər” proqramına müsahibə verib
ADHTİ ilə “Azena Creative Agency” arasında tərəfdaşlıq əlaqələri qurulub