Ölümcül göbələk infeksiyalarına qarşı dərmanların effektivliyi onlarla dəfə artırıldı - Tibdə yeni inqilab  
11.06.2026 13:35

Alimlər kandidoz və aspergilloz kimi təhlükəli göbələk infeksiyalarının müalicəsində istifadə olunan preparatların effektivliyini əhəmiyyətli dərəcədə artırmağın yolunu tapıblar.

 

Aztibb.az "Cell Death Discovery" jurnalına istinadən yazır ki, araşdırmalar dərmanların liposomlar, yəni dərman maddələrinin daşınması üçün istifadə olunan mikroskopik membran qabarcıqları vasitəsilə çatdırılması onların təsir gücünün 4–64 dəfə yüksəldə biləcəyini ortya qoyub.

Göbələk infeksiyaları xüsusilə immun sistemi zəifləmiş insanlar üçün ciddi təhlükə yaradır. Ağır virus və ya bakterial infeksiyalar keçirmiş, immunosupressiv müalicə alan, kimyaterapiya görən və ya orqan transplantasiyası olunmuş xəstələr bu risk qrupuna daxildir. Bundan əlavə, xəstəlik törədən göbələklər də bakteriyalar kimi zamanla dərmanlara qarşı davamlılıq qazanırlar.

Araşdırma Rusiya Elmlər Akademiyasının Sitologiya İnstitutu və Q.F. Qauze adına Yeni Antibiotiklərin Axtarışı Elmi-Tədqiqat İnstitutu alimləri tərəfindən aparılıb. Tədqiqatçılar göbələk infeksiyalarına qarşı geniş istifadə olunan exinokandinlər qrupuna aid preparatların təsir mexanizmini daha dərindən araşdırıblar.

Uzun müddət hesab edilirdi ki, exinokandinlər yalnız göbələk hüceyrəsinin divarının formalaşması üçün vacib olan fermentləri bloklayaraq təsir göstərir. Lakin yeni araşdırma göstərib ki, bu preparatlar eyni zamanda göbələk hüceyrələrinin membranını da zədələyir, onun strukturunu pozur və membranda məsamələr əmələ gətirir. Nəticədə hüceyrədən həyati əhəmiyyətli maddələr sızaraq çıxır və göbələk məhv olur.

Tədqiqatın müəlliflərindən biri, biologiya elmləri doktoru Svetlana Yefimova bildirib ki, preparatların liposomlara yerləşdirilməsi onların membrana təsirini daha da gücləndirib. Liposomlar göbələk hüceyrəsinin membranı ilə birləşərək dərmanı birbaşa təsir nöqtəsinə çatdırır.

Molekulyar bioloq Arina Xolkina qeyd edib ki, bu yanaşma dərmanların daha aşağı dozalarla eyni və ya daha yüksək effektivlik göstərməsinə imkan verir. Bu isə qaraciyər və böyrəklərə düşən yükü azaldır, həmçinin göbələklərdə dərmanlara qarşı davamlılığın inkişafını çətinləşdirir.

Mütəxəssislərin fikrincə, gələcəkdə bu texnologiya kimyaterapiya alan, orqan transplantasiyası keçirilmiş və ya HİV-lə yaşayan xəstələr üçün daha təhlükəsiz və təsirli preparatların hazırlanmasına şərait yarada bilər.

Bununla belə, ekspertlər vurğulayırlar ki, əldə olunan nəticələr hələ laboratoriya mərhələsinə aiddir. Yeni dərman formasının klinik praktikada istifadəyə verilməsi üçün onun təhlükəsizliyi və effektivliyi genişmiqyaslı klinik sınaqlarda təsdiqlənməlidir. Buna baxmayaraq, alimlər bu yanaşmanın göbələk infeksiyalarına qarşı mübarizədə mühüm irəliləyiş ola biləcəyini düşünürlər.

ÇOX OXUNANLAR
AMEA-da akademik Vəli Axundovun 110 illiyi qeyd edilib
Həmkarımızın psixoloji tükəndiyini necə anlayaq?
Azərbaycanlı alim 16 ölkə transplantoloqlarının toplaşdığı beynəlxalq simpoziumda iki məruzə ilə çıxış edib
Respublika QİÇS-lə Mübarizə Mərkəzi özəl tibb müəssisəsində infeksiyalara yoluxma risklərinin idarə olunması ilə bağlı təlim keçirib
Liv Bona Dea Xəstəxanasının Pediatrik Reanimasiya və İntensiv Terapiya Bölməsinin fəaliyyətə başlamasından 2 il ötür
 Mərkəzi Klinikaya xadimə vəzifəsinə işçilər tələb olunur
Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Elmi Şurasının iclasında bir sıra məsələlər müzakirə edilib
 Tədris Cərrahiyyə Klinikasında boyunun orta kistası uğurla əməliyyat olunub   
 Şəki Rayon Mərkəzi Xəstəxanasında növbəti qanvermə aksiyası    
Azərbaycan Pediatrlar Assosiasiyası xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün növbəti sosial-mədəni və tibbi aksiya həyata keçirib
Şamaxı Rayon Mərkəzi Xəstəxanasının mütəxəssisləri tərəfindən loqoped xidməti təşkil olunub
Bakı Sağlamlıq Mərkəzinin həkimləri beynəlxalq konfransda təmsil olunublar
 Tərtər RMX tərəfindən hərəkət məhdudiyyətli uşaqların icbari dispanserizasiyası həyata keçirilir   
Bel ağrılarından sığortalanmağın ən effektiv yolu – İspaniyalı travmotoloq izah etdi
Salyan Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsində “Mavi kod” simulyasiya təlimi keçirilib