AQTİ növbəti səriştəlilik sınaqları üçün müraciətlərin qəbulunu açıq elan edir
09.06.2026 11:14
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) ölkədə fəaliyyət göstərən laboratoriyaların texniki səriştəliliyinin obyektiv qiymətləndirilməsi və ölçmə nəticələrinin qarşılıqlı uyğunluğunun təmin edilməsi məqsədilə növbəti səriştəlilik sınağını elan edir.
AQTİ-dən Aztibb.az-a verilən məlumata görə, bu dəfə keçiriləcək sınaq süd tozu nümunəsində yağlılıq, nəmlik, quru maddə, kül, azot (zülal) və laktozanın təyini parametrlərini əhatə edəcək.
Səriştəlilik sınaqları ISO/IEC 17043:2023 “Uyğunluğun qiymətləndirilməsi – Səriştəlilik sınaqlarına dair ümumi tələblər” beynəlxalq standartı əsasında təşkil olunur və qiymətləndirmələr də bu standartın tələblərinə uyğun şəkildə həyata keçirilir.
İştirakçılar “Müraciət forması”nı dolduraraq info.pt@afsa.gov.az elektron poçt ünvanına göndərə və ya AQTİ-nin rəsmi internet səhifəsi üzərindən onlayn qaydada qeydiyyatdan keçə bilərlər.
İştirak üçün son müraciət tarixi 30 iyun 2026-cı ildir.
Sınaq proqramı və iştirakla bağlı sənədlərlə AQTİ-nin rəsmi internet səhifəsində (www.afsi.gov.az) “Xidmətlər” bölməsinin “Səriştəlilik sınaqları” alt bölməsində tanış olmaq mümkündür. Sınaq nəticələri İnstitutun saytında fərdi laboratoriya nömrələri ilə açıqlanacaq və nəticələrin konfidensiallığı tam şəkildə qorunacaq.
Qeyd etmək lazımdır ki, təşkil olunan səriştəlilik sınağı laboratoriyaların analiz nəticələrinin düzgünlüyünü və etibarlılığını təmin etməklə yanaşı, sınaq nəticələrinin keyfiyyətinin yüksəldilməsinə, personalın peşəkar bacarıqlarının təkmilləşdirilməsinə, rutin analizlərin obyektiv şəkildə qiymətləndirilməsinə xidmət edir və bütövlükdə ölkədə qida təhlükəsizliyi infrastrukturunun inkişafına mühüm töhfə verir.
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu bütün müvafiq laboratoriyaları səriştəlilik sınaqlarında fəal iştirak etməyə dəvət edir.
Bu bölməyə aid digər xəbərlər
“Biomüxtəlifliyin aktual problemləri: müasir baxışlar və tədqiqatlar” mövzusunda II respublika elmi-praktiki konfransı keçiriləcək
19.09.2026 | 18:34
“Əziz Əliyev: Şəxsiyyət, elm və milli səhiyyə irsi – 130” adlı elmi-praktik konfrans keçiriləcək
18.09.2026 | 12:03
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
17.09.2026 | 17:53
Ümumdünya Ürək Gününə həsr olunmuş seminar və “Minimal İnvaziv Mitral Qapaq Təmiri” kursu keçiriləcək
17.09.2026 | 13:18
Mərkəzi Gömrük Hospitalında “Fetal təbabət” üzrə master-klass olacaq
16.09.2026 | 10:56
"Vilms şişinin patologiyası və klinik müalicəsində müasir yanaşmalar: SIOP-RTSG təcrübəsi" adlı seminar keçiriləcək
16.09.2026 | 10:53
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu işçi qəbulu elan edir
12.09.2026 | 09:04
“Ana və uşaq sağlamlığı: multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar” adlı beynəlxalq konfrans keçiriləcək
06.09.2026 | 09:28
Mərkəzi Gömrük Hospitalında “Fetal təbabət” üzrə master-klass keçiriləcək
05.09.2026 | 13:11
"Doktorantların və gənc tədqiqatçıların Respublika Elmi konfransı (NASCO29)” keçiriləcək
27.08.2026 | 16:20
ÇOX OXUNANLAR
Azərbaycan və Türkiyə şirkətləri səhiyyə menecmenti sahəsində əməkdaşlığa başlayır
14.09.2026 | 15:11
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
17.09.2026 | 17:53
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu işçi qəbulu elan edir
12.09.2026 | 09:04
“Gənc Tibb İşçilərinin Konfransı” layihəsi Qərb bölgəsində davam etdirilib
15.09.2026 | 10:05
Bakı Sağlamlıq Mərkəzi tərəfindən Daşkəsəndə tibbi aksiya keçirilib
12.09.2026 | 16:19
Ümumdünya Ağciyər Gününə həsr olunmuş ÖDƏNİŞSİZ MÜAYİNƏ AKSİYASI
16.09.2026 | 17:58
Abbas Səhhət adına xəstəxananın tibb bacısı vəfat edib
14.09.2026 | 17:17
Mərkəzi Gömrük Hospitalında təlim: “Xəstəxana üzrə kağızsız məlumat mübadiləsi”
13.09.2026 | 13:14
Bakı Sağlamlıq Mərkəzinin həkimləri Norveçdə beynəlxalq tədbirdə iştirak ediblər
14.09.2026 | 16:57
Sabunçu Gənclər Evində “Sülh aylığı” çərçivəsində tədbir keçirilib
15.09.2026 | 15:32
Ümumdünya Ürək Gününə həsr olunmuş seminar və “Minimal İnvaziv Mitral Qapaq Təmiri” kursu keçiriləcək
17.09.2026 | 13:18
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-nin “Telesəhər” proqramına müsahibə verib
15.09.2026 | 12:27
İki yeni mütəxəssis Elmi-Tədqiqat Kardiologiya İnstitutunda fəaliyyətə başlayıb
15.09.2026 | 14:18
ADHTİ ilə “Azena Creative Agency” arasında tərəfdaşlıq əlaqələri qurulub
15.09.2026 | 10:14
ATU-da yeni tədris ilinə hazırlıqla bağlı Rektoryanı Şuranın ilk iclası keçirilib
13.09.2026 | 10:31

